Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə fantaziyası və ya ermənilər nəyə etiraz edir...
Müharibə fantaziyası və ya ermənilər nəyə etiraz edir...

1996-cı, ya 97-ci il olardı yaxın doslarla söhbət edirdik. Onlardan biri, “müharibəni görmüsən, bu barədə hansı yazıçı daha yaxşı yazıb”, - deyə soruşdu. Mən də “oxuduqlarım arasından nisbətən kimin oluğunu deyə bilərəm, ümumiyyətlə götürdükdə, maharibəni nə əsərlə, nə də səhnələşdirməklə tam təsvir etmək mümükün deyil. O, başqa bir kabusdur”, - demişdim. Həmin vaxt dosların mimikalarından anladım ki, mənim dediklərimi onlar müharibənin “pafoslu təqdimatı” kimi qəbul etdilər. Ümumiyyətlə bu barədə çox danışmağı xoşlamıram. Çünki heç kəsə müharibəni görməyi arzulamasam da, “yaşamayan anlamaz”, - deyə düşünürəm.

İllər sonra, 2020-ci ildə həmin doslardan biri 44 günlük müharibədə iştirak edib qazi oldu. Və televiziya verilişində müharibə barədə suala, fikir olaraq, eynən mənim kimi cavab verdi. Bəlkə də eyni fikri bir vaxtlar mənim də fərqli cümlədə dediyimi, o heç xatırlamadı, amma müharibəni ikimiz də eyni cür görmüşdük deyə fikirlərimizi də oxşar cümlə ilə ifadə etmişdik.

Bu gün erməni saytlarına baxıram qarşıma nayabrın 16-da baş verən qısamüddətli döyüşlər barədə uydurma dolu bir yazı çıxdı. Erməni jurnalist yazır ki, guya, onların əsgərləri qəhrəmanlıq göstərərək bu döyüşlərdə mövqelərindən geri çəkilməyiblər. Hansı ki, Ermənistan rəsmi xəbər qaynaqları tamamilə əksini deyir.

Hətta jurnalist o qədər vəcdə gəlib ki, “döyüş vaxtı erməni əsgərlərinin gülləsi qurtarır, o yaxınlıqda olan Azərbaycan əsgərinə məxsus papağı başına qoyaraq azərbaycanlılar tərəfə keçir, iki qutu güllə götürərək geri qayıdır və həmin güllələri “düşmənə” qarşı istifadə edib” , - deyə fantastik səhnə canlandırıb.

Adamın müharibə barədə anlayışı yoxdur. Bunu İravanda redaksiyada oturub müharibəni ekranın o tayında getdiyini güman edənlər yaza bilər.

Əvvəla, əgər onlar qəhrəmanlar kimi döyüşüblərsə, necə oldu ki, bir sürüsü burnu da qanamadan əsir düşdü? Demək döyüş zamanı onlar Azərbaycan əsgərini görəndə qorxudan (...) silahlarını da ataraq əsir düşüblər.

İkincisi, mövqelərindən geri çəkilməyiblər, bizim əsgəri də yaxına buraxmayıblarsa, əsgərimizin papağı oraya necə düşüb? Bu onun göstəricisir ki, ermənilər üçün yalanın sərhədi, müharibənin anlayışı yoxdur.

Üçüncüsü, erməni əsgəri əks tərəfə keçib, iki qutu gülllə götürərək geri dönməsinə jurnalistin ən azı özünü inandırması “alqışa” layiqdir. Təsəvvür etməyə çalışdım ki, döyüş zamanı gülləsi qurtaran erməni papaq axtarır, sonra əks tərəfə keçməyə plan qurur və imkan axtarır, keçir-qayıdır, buna xeyli zaman sərf edir. Amma bu müdətdə həqiqətən qəhraman olan Azərbaycan əsgərləri sakitcə oturub onu gözləyib... Nə qədər inandıq? Bunu uydurmaq, eyni zamanda da  yalanına özünü inandırmaq üçün kifayət qədər fantastik əsər oxumaq, film seyr etmək, həm də müharibədən tamailə bixəbər olmaq gərəkdir. Ki, mən, reallıqda səngər belə görməmiş bir adamın bu uydurmanı qələmə almış olması həqiqətinə daha çox inanıram.

İrəvanda Respublika meydanında mitinq

Bu gün İrəvanın küçələrinə tökülüb Azərbaycanla danışıqlara etiraz edən ermənilər də yəqin ki, belə uydurmaların əsiri olub, müharibənin nə olduğunu az da olsa, anlamayanlardır. Bir il əvvəlki müharibədə itkin düşən onlarla hərbçisinin qalıqlarırını hələ də tapa bilməyən xalqın danışıqlara hansı məntiqlə etiraz edə biləcəyini başa düşməyə çalışıram.

Hazırda İrəvan küçələrində Rusiya təbliğatının əsiri olanlar övlarlarının kimin silahı ilə öldürüldüklərini heç düşünürlərmi? Özlərinin də uydurduğu kimi, “əsgərin qarşı tərəfdən güllə oğurlayıb əlindəki silaha qoyaraq atəş açması” barədə fantaziyaya inansaq, bəlli olacaq ki, hər iki əsgərin əlindəki “Kalaşnikov”u rusiya istehsal edib.

O rusiya ki, qeyri-rəsmi olaraq, müxtəlif şirkətləri vasitəsi ilə Ermənistanı satın alıb. Bu gün keçirilən və davamlı olacağı bildirilən etirazlar da, ölkə ərazisində iqtisadi-siyasi kapitalını qorumağa çalışan Rusiyanın ssenarisinə daha çox uyğun gəlir.

Amma erməni cəmiyyəti anlamalıdır ki, indiki şəraitdə ən doğru yol elə iki ölkə siyasətçilərinin birbaşa danışıqlar vasitəsi ilə məsələləri həll etməsidir. Çünki, ölən də, öldürülən də bu iki xalqın övladlarıdır. Münaqişə hər iki dövlətə zərər verir və məcburən Rusiyadan asılı vəziyyət yaradır. Əksinə münaqişədən əl çəkib, dövlətlər arasında mülayim münasibətlərin yaranması, qarşılıqlı kommunukasiyaların açılması iki tərəf üçün də ən məqbul variantdır.

Amma ermənilər onları yeni müharibələrə sövq etmək üçün aparılan yanlış təbliğatlardan yaxa qurtara bilmirlər. Çünki sosial-iqtisadi asılılıq buna imkan vermir.

Yaxşı olar ki, danışıqları siyasətçilər aparsın. Əks halda sərhəddəki Azərbaycan əsgərinin dövlətimizin ərazisinə soxulmaq istəyən düşmənə verəcək cavabı var.

Maharibə fantaziya meydanı deyil, o, ölümdən də dəhşətli bir prosesdir.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »