Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərqində olmadığımız çox təhlükəli epidemiya – Miopiya
Fərqində olmadığımız çox təhlükəli epidemiya – Miopiya

Həyatın hər anında bizə ən yaxın olan ekranların qarşısında keçirdiyimiz vaxt, son 18 ayda dəfələrlə artıb. Buna səbəb kimi isə karantin dövründə cansıxıcılığı artıran evdən işləmək, onlayn dərslər, oyun oynamaq, film/seriallara baxmaq kimi fəaliyyətlər göstərilir. Hətta mütəxəssislər pandemiya dövründə miopiyanın (uzaqdan görmə qabiliyyətinin pozulması) epidemiyaya çevrildiyini və uşaqların ən böyük risk qrupu olduğunu bildirirlər.

Hazırda bu xəbəri oxuduğunuz ekranla üzünüz arasında nə qədər məsafə var? Bəlkə kompüterdən oxuyursansa yarım metr, telefondan oxuyursansa çox azdır, elə deyilmi? Hər gün bu ekranların qarşısında nə qədər vaxt keçirirsiniz? Əgər dünya ortalamasına yaxınsınızsa, ən azı 9 saat deyə bilərsiniz.

Oftalmoloqların son araşdırması göstərdi ki, daimi olaraq ekrana baxmaq gözlərimizdə köklü dəyişikliklərə səbəb olur. Normal şəraitdə yetkinlik yaşına çatdıqdan sonra bədənimizdəki bütün orqanlar kimi gözlərimizin böyüməsi dayanır. Amma bu yeni araşdırma sayəsində uzun müddət ekrana baxmaq nəticəsində gözlərimizin böyüdüyü ortaya çıxıb. Çünki bizə yaxın olan telefon, planşet ekranlarına və ya kitablara çox diqqət yetirmək göz bəbəklərimizin uzanmasına səbəb olur. Bu, gözün işığı lazım olduğu kimi sındırmasının qarşısını alır. Göz almalarının uzanması uzaqgörənlik olaraq təyin olunan miopiyanı artırır.

Leyla, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »