Ərzurumun Köprüköy rayonunda saat 11.31-də zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, zəlzələnin maqnitudasının 4,7, dərinliyinin isə 6,9 km olduğu bildirilib.
Kandilli açıqlamasında isə yeraltı təkanların 4,8 bal gücündə və 5 km dərinlikdə baş verdiyi bildirilir.
Qeyd edək ki, noyabrın 19-da 5,1 bal gücündə zəlzələ baş vermişdi.