Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öldürüb qəbiristanlıqda basdırdılar - Alimlər 1300 illik qətlə işıq saldılar
Öldürüb qəbiristanlıqda basdırdılar - Alimlər 1300 illik qətlə işıq saldılar

Çinin mərkəzi hissəsindəki qədim qəbiristanlıqda quldurlar tərəfindən qazıntı aparılan zaman 1300 il əvvəl qətlə yetirilən insan skleti aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Texas A&M Universitetinin aparıcı müəllifi professor Qian Wang-ın rəhbərlik etdiyi tədqiqatdan maraqlı nəticələr ortaya çıxıb. Müəyyən edilib ki, tapılan insan skleti cinayətkar dəstə tərəfindən öldürülüb və bədəninin müxtəlif nahiyyələrində bıçaq izləri var. Bıçaq izlərinin sayı isə nə az, nə çox 13 yerdədir.

Müstəntiqlər müəyyən ediblər ki, başında və bədəninin müxtəlif nahiyələrində yaralar olan gənc, hadisəni ört-basdır etmək istəyən cinayətkarlar tərəfindən qəbirsanlıqda basdırılıb.

Professor Qian Wang araşdırmadan həyəcanlandıqlarını ifadə edərək, bildirib ki, bu vəziyyətlə ilk dəfə qarşılaşırlar.

“Çünki müasir qətl hadisələrində qurbanı qəbiristanlıqda dəfn etmək qarşılaşdığımız bir şey deyil. Hücum edənlər cəzadan yayınmaq üçün belə bir üsula əl atıblar.”

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »