Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya 10 saniyə oksigensiz qalsa, başımıza nələr gələr…
Dünya 10 saniyə oksigensiz qalsa, başımıza nələr gələr…

Oksigen, şübhəsiz ki, yer üzündəki hər bir canlı üçün əvəz olunmaz olan və həyatda qalmasının əsası olaraq görülən bir maddədir. Oksigen 10 saniyəyə yox olsa, heç nə dəyişməyəcək kimi görünə bilər, amma reallıq belə deyil.

Məlumdur ki, insanların, heyvanların və bitkilərin yaşaması üçün ən zəruri maddələr su, oksigen və qidalardır. İnsan və ya digər canlılar yemək yemədən, hətta su içmədən 10 saniyə dayana bilər. Halbuki insanlar və dünya 10 saniyə belə oksigensiz qala bilməz. Çox qısa zaman kimi səslənsə belə, 10 saniyə belə oksigen olmasa, dünyada böyük fəlakətlər baş verər.

İlk baxışdan 10 saniyə ərzində oksigen itkisi insanlar üçün elə də böyük təhlükə yaratmır. Amma nəzərə alın ki, oksigen olmasa, bədənimizin 60 faizi mövcud olmayacaq. Bundan əlavə, dünyada baş verəcək hadisələrə görə insanın sağ qalması mümkün deyil.

Əgər oksigen qısa müddətə yox olsaydı, dənizlər, okeanlar, göllər və çaylar da daxil olmaqla bütün sular anında yox olardı. Oksigensiz bir dünyada baş verəcək digər fəlakətlər isə bunlardır:

1. Yaşadığımız bütün binalar toza çevrilərdi. Çünki betonun əsas komponentlərindən biri oksigendir.

2. Hər kəsin daxili qulağı partlayar. Çünki atmosfer təzyiqi 21 faiz azalar.

3. Havaya qalxmağa hazırlaşan bütün təyyarələr yerə düşərdi.

4. Yer mantiyasının və səthinin 45 faizi oksigendən ibarət olduğundan, biz yüksəklikdən böyük bir eniş yaşayırdıq.

5. Günəşdən gələn işıq havadakı hissəciklər vasitəsilə səpilir. Atmosferin 21 faizini məhv etməkdən danışırıqsa, hissəciklərin sayınındə beşdə bir azalmasından danışırıq deməkdir. Bu səbəbdən hava nisbətən qaralar.

6. Yer qabığı qəfildən parçalanmağa başlayar

7. Amma qorxmayın bu hadisələr baş versə belə biz bunların heç birini görə, eşidə və hiss edə bilmərik. Çünki bu zaman bizim də hüceyrələrimizdə külə çevrilər.

Bütün bunlar onu göstərir ki, yer üzündə həyatın sona çatması üçün bir elementin 10 saniyə yox olması kifayətdir.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər