Viskonsin ştatının Uokeşa şəhərində sürücü avtomobili Milad paradı iştirakçılarının üzərinə sürüb. Nəticəsində azı 5 nəfər ölüb, daha 40 nəfər xəsarət alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü yerli polis idarəsi məlumat yayıb.
"Hazırda biz 5 nəfərin öldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyə bilərik. Lakin daha çox məlumat toplandıqca bu rəqəmlər dəyişə bilər", - polisin Facebook səhifəsində yerləşdirilən bəyanatında deyilir.
Polisin məlumatına görə, qurbanların çoxu xəstəxanalara özləri gedib. Qeyd olunur ki, qəzanın qeydə alındığı küçə yerli vaxtla saat 12:00-a qədər (22:00) bağlı olacaq. Ərazidəki müəssisələrin də həmin vaxta qədər bağlı qalması tələb olunub. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Hüquq-mühafizə orqanlarında daha əvvəl bildirildiyi kimi, saat 16:39-da (02:39) avtomobili Milad paradında iştirak edən izdihamın üzərinə sürən şəxs polis tərəfindən saxlanılıb. Eyni zamanda bildirilir ki, hənmin şəxsin avtomobilin sahibi olub-olmadığı dəqiqləşdirilməyib.
Bizimyol.info