Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Azərbaycanla danışıqların əleyhinə etiraz aksiyaları keçirilir
İrəvanda Azərbaycanla danışıqların əleyhinə etiraz aksiyaları keçirilir

Bu gün səhərdən İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.

Bizimyol.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Vəkillər Palatasının keçmiş rəhbəri, "Zartonka" (Dirçəliş) partiyasının rəhbəri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər.

Aksiya həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də tanınmış şəxslərin ların təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, Zöhrabyan bir müddət əvvəl öz Facebook səhifəsində “azadlıq hərəkatının” başlanması barədə yazıb: "Məqsəd Ermənistanın maraqlarına zidd olan sərhədlərin demarkasiyası və delimitasiyasına mane olmaq, o cümlədən imzalanması nəzərdə tutulan sənədlərin dərcini tələb etməkdir. Hərəkat iştirakçıları hakimiyyətdən Ermənistanın ərazi bütövlüyünün qorunmasını tələb etmək niyyətindədirlər. Bizim mübarizəmiz dövlətçiliyin qorunmasına yönəlib. Ölkənin təhlükəsizliyi hər birimizin əlindədir ", - deyə Zöhrabyan qeyd edib.

“Zartonka”nın lideri onu da bildirib ki, o və tərəfdarları noyabrın 22-də saat 17:00-da Respublika meydanında mitinq keçirmək niyyətindədirlər.

Ermənistan paytaxtının Myasnikyan prospekti səhər saatlarında “Kamk” (“İradə”) hərəkatının lideri Vaaqn Çaxalyan və “Sasna Tsrer” qruplaşmasının üzvü Pavlik Manukyanın təşəbbüsü ilə bağlanıb. Onlar həmçinin Ermənistanın və xalqının maraqlarının müdafiəsində ictimai fəallığı tələb edirlər. Aksiya iştirakçıları əllərində “Mən biganə deyiləm”, “Mən müdafiəsiz deyiləm” məzmunlu plakatlar tutublar.

Jurnalist və ictimai xadim Nairi Oxikyan və tərəfdarları Qələbə körpüsündə aksiya keçirirlər. Etirazçıların əsas tələbi Zəngəzurdan keçən “dəhliz”in açılmasının qarşısını almaqdır. Polis yolu açmağa və nümayişçiləri oradan çıxarmağa çalışır. Onlar həmçinin bu gün saat 17:00-da İrəvanda Respublika meydanında toplanacaqlarını açıqlayıblar.

“5165” ictimai hərəkatının rəhbəri Karin Tonoyan da aksiya keçirmək niyyətində olduğunu açıqlayıb. O, Facebook səhifəsində tərəfdarlarının tələblərini baş nazirin, daha sonra prezidentin, daha sonra isə parlament binasının qarşısında toplaşacaqlarını açıqlayıb. Saat 17:00-da isə “5165” hərəkatının nümayəndələri Respublika meydanına gedəcək.

Etirazlara görə paytaxtın bəzi mərkəzi küçələrində nəqliyyatın hərəkəti çətinləşir.

Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »