Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğur Şahin: Hər il koronavirus peyvəndi olacaq...
Uğur Şahin: Hər il koronavirus peyvəndi olacaq...

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus (COVİD-19) planetimizin bir nömrəli ortaq gündəmi olmaqda davam edir. Son zamanlar variantları ilə gündəmdən düşməyən virus bir çox ölkənin əlavə doza qərarı almasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, "Pfizer" ilə birlikdə koronavirus peyvəndi hazırlayan "BioNTech"in baş direktoru Uğur Şahin gücləndirici doza və qarşıdakı illərdə həyata keçiriləcək peyvənd siyasəti ilə bağlı yeni açıqlamalar verdi.

“Əhəmiyyətli olan üçüncü dozanın qorumanı yenidən artırmasıdır. Müvafiq olaraq, biz bunun ikiqat peyvənddən sonra daha uzun sürəcəyini gözləyirik və sonrakı gücləndirici peyvəndlər yalnız hər il tələb oluna bilər. Eynilə qripdə olduğu kimi. Bununla belə, dördüncü peyvəndin müəyyən şərtlərdə faydalı olub-olmayacağı və nə vaxt olacağı ilə bağlı hələlik heç bir məlumatımız yoxdur. Bu, həm də başqa virus variantlarının olub-olmamasından asılıdır", - deyə Prof. Dr. Şahin "BILD am Sonntag" qəzetinə açıqlamasında bildirib.

Şahin, ABŞ, İsrail və İngiltərədən alınan məlumatlara görə, virusa qarşı peyvəndin dördüncü aydan sonra təsirini itirməyə başladığını və altıncı aydan sonra təsirinin açıq şəkildə azaldığını bildirib: "Peyvənd edilmiş insanlar koronavirusa yoluxarkən, əksər hallarda xəstəlik yüngül və ya orta dərəcədə keçir".

O qeyd edib ki, öz araşdırması zamanı məlum olub ki, peyvəndin qoruyucu xüsusiyyəti doqquzuncu aya qədər çox yüksək olub, ona görə də peyvənd olunan insanlarda ciddi xəstəliklər nadir hallarda müşahidə olunub.

Üçüncü peyvəndin əhəmiyyətinə diqqət çəkən Şahin: “Biz müxtəlif tədqiqatlardan, o cümlədən İsraildən və öz klinik işimizdən bilirik; Gücləndirici peyvənd yalnız tam qorunma təmin etmir, həm də immunitet reaksiyası daha da yüksəldə bilir. Xatırladaq ki, peyvəndin üçüncü dozası epidemiya zəncirini qıracaq, həmçinin xəstəliklərdən qoruyacaq və virusun dəyişmə ehtimalını azaldacaq. Bu, qarşıdan gələn çətin qışda bizə kömək edə bilər”.

"BioNTech"in Baş Tibb Mütəxəssisi Özlem Türeci, DW-yə verdiyi son açıqlamada: "Əlbəttə ki, virus daha bir neçə il bizimlə olacaq. Koronavirus illər keçdikcə qripə bənzər bir virusa çevriləcək. Əhalinin bəzi qrupları hər il və ya iki ildən bir peyvənd olunacaq", - deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »