Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Köçkünlərin geri dönməsi daşınmaz əmlakı ucuzlaşdıracaq"
"Köçkünlərin geri dönməsi daşınmaz əmlakı ucuzlaşdıracaq"

“Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında ikitərəfli quru yolunun olması ölkənin iqtisadiyyatına müsbət təsir edəcək. Naxçıvan kənd təsərrüfatı məhsullarının da Azərbaycan bazarına və buradan Rusiya bazarına çıxışı təmin ediləcək”.

Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Naxçıvan arasında birbaşa yolun çəkilməsi, həmçinin qısa bir zamanda yol açıldıqdan sonra Naxçıvanda daşınmaz əmlakın qiymətinə təsir edəcək.  Bu gün Naxçıvana İran və yaxud təyyarə vasitəsilə yol varsa, quru yolu da olandan sonra Naxçıvana axın artacaq. Naxçıvanda daşınmaz əmlakın alqı-satqı problemi, məhz başqa ölkədən keçməklə və yaxud təyyarə ilə gedişin mümkün olması ilə əlaqəli idi.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturlar qurulur, yollar və kommunikasiya xəttləri çəkilir. Hazırda tikinti prosesi az gedir. Bunun da, müəyyən səbəbləri var. Minalanmış ərazilər, siyasi məsələlər hələ ki, tikinti prosesiin sürətlənməsinin qarşısında duran problemlərdəndir. Bu gün həmin ərazilərdə Azərbaycanın böyük təbii sərvətləri var. Qızıl yataqları, mərmər-filiz yataqları, tikintidə istifadə ediləcək materialların yataqları var. Həmin yataqlar, istifadəyə verildikdən sonra Azərbaycan özü tikinti məhsullarının istehsalına başlayacaq. İstehsal başladıqda tikinti məhsullarının qiymətində ucuzlaşma müşahidə ediləcək. Həmin ərazilərdə yataqlar istifadəyə verildikdən sonra, həmin bölgələrə Bakı və digər ərazilərdən tikinti məhsulları gətirilməyəcək, yerli məhsullardan istifadə ediləcək. Və bu da tikinti proseslərini sürətləndirəcək. Çünki əvvəllər Qarabağ zonasını tikinti materialları ilə təmin edən Ağdamda daş karxanaları var idi. Əhəng yataqları, bol sulu çaylar var ki, orada olan qum və çınqıl tikinti üçün əhəmiyyətlidir”.

Ekspertin fikrincə, tikintilərin artması yeni iş yerlərinin açılmasıdır. Yeni iş yerlərinin açılması isə Bakıya iş üçün gələnlərin geri dönüşünə səbəb olacaq.

“Məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi paytaxtın boşalmasına, paytaxtda daşınmaz əmlakın satış və kirayəsinə tələbatı azaldacaq və evlərin boşalması kirayə bazarına da öz təsirini göstərəcək. Digər tərəfdən, satış bazarı da vəziyyətdən təsirlənəcək.

İnşa ediləcək “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri artıq brenddir. Bu günə qədər məcburi köçkünlər Bakı və böyük şəhərlərdə yaşayıb. Qarabağın işğalından sonra ikinci-üçüncü nəsil doğulub böyüyüb. Paytaxtda yaşayan bir insanın şəhərdən kəndə qayıdıb yaşaması çətin olacaq. Bu baxımdan hökümət də çalışır ki, hər şey modern formada təmin edilsin ki, yaşayış rahat olsun”,- deyə E.Fərzəliyev qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »