Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: "Putinlə Baydenin görüşü üçün hərtərəfli hazırlıq gedir"
Rusiya XİN: "Putinlə Baydenin görüşü üçün hərtərəfli hazırlıq gedir"

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında görüş hərtərəfli hazırlıq tələb edir və bu, hazırda davam edir.

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində deyib.

“Təmasların baş tutması üçün hərtərəfli hazırlıq lazımdır, biz bunu edirik”, - Ryabkov qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, Rusiya və ABŞ prezidentləri arasında gözlənilən görüşün gündəliyi çox genişdir:

"Ukrayna ətrafında çoxlu mübahisələr var. NATO silahlı qüvvələrinin sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri ola bilər ki, bu da bizi biganə buraxa bilməz və narahatlığa səbəb olur”.

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Bayden arasında görüş üçün videoformata üstünlük verilir, lakin hər şey dövlət başçılarının qərarlarından asılı olacaq.

Peskovun sözlərinə görə, görüşün vaxtı ilə bağlı dəqiq məlumat yoxdur, bu, Yeni ildən əvvəl və sonra baş tuta bilər.

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Yuxuda günəş, ay və işıq görmüsünüzsə, qarşıda nələr gözlənilir - Yuxuyozma
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »