Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələyib
Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələyib

Qərb dövlətləri hələ də İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, lakin eyni zamanda yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, bunu BBC-yə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Siz başa düşməlisiniz ki, burada, Belarusda müharibə başlasaq, NATO və Rusiya müdaxilə edəcək. Bu, nüvə müharibəsi olacaq”, - Lukaşenka vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Belarusla sərhəddəki miqrasiya böhranı ilə bağlı Polşa ilə həmrəy olduğunu bildirib. O, Lukaşenkonu miqrantlardan başqa ölkələrə qarşı hibrid müharibə aparmaq üçün istifadə etməkdə ittiham edib.

Bundan əvvəl Belarusun müdafiə naziri Viktor Xrenin Polşanı və Belarusla həmsərhəd olan digər NATO ölkələrini respublikanın sərhədlərində hərbi mövcudluğunu artırmaqla münaqişəyə başlamaqda ittiham etmişdi.

Belarus və Aİ ölkələri sərhədində miqrasiya böhranı 2021-ci ilin yayında Belarus prezidenti Aleksandr Lukaşenkonun Qərb ölkələri ilə münasibətlərin növbəti kəskinləşməsi fonunda qeyri-qanuni miqrant axınına nəzarəti zəiflədəcəyini bəyan etməsindən sonra başlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »