Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün Şamaxı rayonu ərazisində zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, "rayonda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb", - deyə mətbuata rayon icra hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, yeraltı təkanlar bu gün 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.
Fövqəladə Hallar Nazirliyi də bu gün Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirlikyə zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmadığı bildirilib.