Azərbaycanda 5 bal gücündə zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:46-da qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Pirqulu stansiyasından 20 km. cənubda Şamaxı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Dağıntı və təlafat barədə məlumat verilməyib.