Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülər yola dağılan dollarları toplamaq uğrunda yarışıblar
Sürücülər yola dağılan dollarları toplamaq uğrunda yarışıblar

ABŞ-ın Cənubi Kaliforniya ştatında zirehli maşından yola səpələnən pulları görən sürücülər avtomobillərini yol kənarında saxlayaraq dollarları toplamaqda üçün bir-birləri ilə yarışıblar.

Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, yolda hərəkətdə olarkən zirehli maşından bir çanta pul yola dağılıb. Pulu görən sürücülər avtomobillərin axınına baxmayaraq, maşınlarını saxlayıb pulları yığmağa başlayıblar. Hərəkətin dayandığı yolda pul yığanlar bir-biri ilə yarışıb. Hadisədə iştirak edənlərin əksəriyyəti bundan bir əynəlcə olaraq istifadə ediblər. Daha çox dollar toplamaq uğrunda yarışaraq video və foto çəkdikdən sonra topladığı pulu polisə təqdim ediblər.

“Qapılardan biri açıldı və pul kisələri yerə düşdü. 1 və 20 dollarlıq əskinaslar yolun bütün zolaqlarına səpələnib və nəqliyyatın hərəkəti xaotik dayanıb”, - deyə Kaliforniya şose patrul xidmətinin serjantı Kertis Martin bildirib. Hadisə yerində 2 nəfərin saxlanıldığını qeyd edən Martin, sürücülərə, pulu oğurladığı aşkarlanan şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib. Martin hadisə yerində yoldan keçənlər tərəfindən çəkilmiş bir neçə videonun olduğunu və Kaliforniya Şosse Patrulunun və Federal Təhqiqat Bürosunun hadisə ilə bağlı araşdırmaya başladığını bildirib. Yoldan yığılan pulların Vistadakı ofisə gətirilməsi tələb olunub.

Səlahiyyətlilər nə qədər pulun itdiyini açıqlamasa da, San Diego Union-Tribune qəzetinin xəbərinə görə, hadisədən saatlar sonra ən azı 10 nəfər topladığı pulu polisə verib.

Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »