Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ay tutulması hansı bürclərə və necə təsir edəcək
Ay tutulması hansı bürclərə və necə təsir edəcək

Növbəti Ay tutulması gələn il mayın 16-da baş tutacaq. Bu zaman Şimali Amerikada qırmızı Ay görünəcək. Ay tutulması maddi yöndən bir çox bürclərə təsir edəcək. Ay tutulması maddi mənada pulu olanlar üçün inşaat və daşınmaz əmlak sektorunda fürsətlər yaradacaq. Ancaq bu fürsətlər hamıya deyil, bəzi bürclərə veriləcək. Bu gün Ay tutulmasının təsir edəcəyi bürclərdən danışacağıq.

Tərəzi bürcü

Tərəzi bürcü pul və miras baxımından ciddi şəkildə təsirlənəcək. Bu müddət ərzində daşınmaz əmlak alırsınızsa, xüsusilə borclanmamağa, kredit, faiz və xərclərinizə diqqətlə yanaşmalısınız.

Həyatınızda biri varsa və ya evlisinizsə, dürüst olmaq sizin üçün olduqca önəmlidir.

Əhəmiyyətli hüquqi bir mübarizəniz və almadığınız haqlarınız varsa, sizə veriləcək .

Bu il ailənizdən olan insanlarla daha yaxından maraqlanın. Onların səhhətində olan problemlər və keçirəcəkləri əməliyyatlar sizi yora bilər.

Həyatınızda heç kim yoxdursa, 2022-ci il aprel ayından ürəyiniz dolacaq. Yeni biri ilə tanış olacaq və ailə həyatı quracaqsınız.

Əqrəb Bürcü

2022-ci il iyul-avqust aylarında bu bürcün nümayəndələrinin imkanları genişlənəcək və ev ala bilərlər. Həyatınızda olan bəzi gizliliklərin üzə çıxacağı gözlənilir. Ətrafınızdakı insanlarla nəyi paylaşacağınıza çox diqqətli yanaşmalısınız.

Evlilik istəsə də, axtardıqlarını tapa bilməyən və uzun müddətdir evlilik planı hazırlayan Əqrəb bürcünün nümayəndələri, bu arzularına çatacaqlar.

2021-ci ildə əldə edəcəyiniz var-dövləti, 2022-ci ildə itirə bilərsiniz. Buna görə də diqqətli olmağa çalışın.

Səhhətinizdə də problemlər yarana bilər. Odur ki, diqqətli olun. Müayinələrdən keçmək tövsiyyə edilir.

Oxatan bürcü

Oxatan bürcü nümayəndələri; itkilər, çalışma mühiti və səhhətinizlə bağlı problemlər yaşayaacqsınız.

Pulunuza çox diqqətli yanaşın. Kiməsə borç versəniz, geri qaytarmayacaq.

İş mühitiniz dəyişəcək. Uzun müddətdir ki, gözlədiyiniz iş fürsətləri nəticəsini verəcək.

Qohumlarınızdan biri xəstədirsə, onu itirə bilərsiniz. Bununla yanaşı, yolunda olmayan evliliyiniz və ya münasibətiniz varsa, bu münasibətlərdən canınız qurtaracaq.

Bu il, ev heyvanı saxlamağı düşünə bilərsiniz. Yeni bir canlı, varlığınızı oxşaya bilər.

Səhhətinizdə problem olmasa belə, pəhriz və psixoloji problemlərin həlli üçün həkimlərə müraciət etməlisiniz.

Oğlaq Bürcü

Sevgi mövzusunda uzun müddətdir axtardığını tapa bilməyən Oğlaqlar üçün, bu dövr çox sevindirici olacaq. Xəyallarınızın adamı - qadını gəlir.

Evli və xoşbəxtsinizsə, xoşbəxtlik enerjiniz artacaq.

Hüquqi mövzularla bağlı sıxıntılara diqqət edərkən, maddi itkiləriniz ola bilər. Bir az diqqətli olun. Maddi mövzular, ev alqı-satqısı, yer-məkan dəyişmək istəyiniz uzun zaman gündəminizdə qalacaq. 2022-ci ildə tutulmalar sizi dəstəkləyəcək.

Dolça bürcü

Dolça bürcləri ailələri, bacı-qardaşları və qohumlarının təsirləndiyi saysız hadisələr yaşaya bilərlər. Ürəyi boş olanlar 2022-ci ilin iyul-avqust aylarında ailə həyatı qura bilər.

2021-ci ilin sonunda Dolçalar yeni münasibət qursalar da, keçmiş münasibətlərindən, sevgililərindən xəbər ala bilərlər.

Karyerada yüksəlişlər əldə edən Dolçalar üçün 2021-ci ilin sonu və 2022-ci ilin əvvəli çox uğurlu olacaq. Əcnəbilər və xaricdə yaşayanlardan dəstək ala bilərsiniz.

Təqaüdə çıxmaq istəyənlər isə, bu il təqaüd haqqlarını əldə edə bilərlər.

Maddi mövzularla bağlı gözləntiləriniz 2022-ci ilin martında həyata keçəcək.

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »