Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibbi sığorta sahəsində antiinhisar siyasəti necə qurulub
Tibbi sığorta sahəsində antiinhisar siyasəti necə qurulub

““Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstəricilərinə əsasən təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dayandırmağa və ya pozmağa və göstəricidə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə borcludurlar”.

Bu barədə Bizimyol.info saytının sorğusuna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin rəsi müavini-rəis vəzifəsini müvəqqəti icra edən Məmməd Abbasbəyli cavab verib. O, qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzaərt Dövlət Agentliyi Dövlət Xidməti tərəfindən “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə antiinhisar qanunverciliyinin pozulmasının aradan qaldırılması haqqənda göstəriş verilib.

Məmməd Abbasbəyli Məmməd Abbasbəyli

“Qeyd olunan pozuntuya görə, qanunverilikdə cərimə və maliyyə sanksiyaları nəzərdə tutulmayıb”,- deyə bildirilib.

Xatırladaq ki, bir müddət öncə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilmişdi. Araşdırma zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətətlərə yol verildiyi müəyyən edilmişdi. Və Dövlət Xidməti, agentliyə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulmaması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş vermişdi.

Bu göstərişdən sonra ötən günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə, daha 8 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Belə ki, Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dan 27-ə qədər yüksəlib.

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »