Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Fars körfəzində xarici gəmini saxlayıb - Video
İran Fars körfəzində xarici gəmini saxlayıb - Video

İran hərbçiləri Fars körfəzində 150 ​​min litr yanacaq qaçaqmalçılığı cəhdində şübhəli bilinən əcnəbi gəmini saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası bildirib.

Qeyd olunur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri ölkənin cənubunda Hörmüzqan vilayətinin sahillərində xarici gəmini saxlayıb. Hərbçilər gəmidə olan 150 min litr yanacaq müsadirə edib. Eyni zamanda, 11 ekipaj üzvü haqqında istintaq başladılıb. Saxlanılan gəminin kimə məxsus olduğu, ekipajın üzvlərinin vətəndaşlığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Noyabrın 3-də İran Hərbi Dəniz Qüvvələri ABŞ silahlı qüvvələrinin Oman körfəzində İrana məxsus neft tankerini ələ keçirmək cəhdinin qarşısını aldığını bildirmişdi. Amerikalıların bir neçə helikopter və gəmilərdən istifadə edərək tankeri təqib etdikləri barədə xəbər verilmişdi. Öz növbəsində Pentaqon neft yüklərinin tutulması ilə bağlı bəyanatı təkzib edib və İran qüvvələrini Oman körfəzinin beynəlxalq sularında ticarət gəmisini qaçırmaqda ittiham edib.

Bizmyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »