Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaq.
Noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.