Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublikaçı deputat Konqresdə 8 saat yarım danışıb
Respublikaçı deputat Konqresdə 8 saat yarım danışıb

Baydenin iqtisadi planının ikinci mərhələsi olan 1,75 trilyon ABŞ dolları dəyərində sosial xərclər paketi dünən ABŞ Nümayəndələr Palatasının Baş Assambleyasında müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, "haberturk"ün verdiyi məlumata görə, qanun layihəsinə etiraz edən Kevin Makkarti cəmi 8 saat 32 dəqiqə davam edən çıxışı ABŞ Konqresinin Nümayəndələr Palatasında ən uzun çıxışı kimi tarixə düşüb.

Digər tərəfdən, səhər saatlarında yenidən toplanan Nümayəndələr Palatasının Baş Assambleyasında xərclər paketi 213 əleyhinə və lehinə 220 səslə olmaqla qəbul edilib.

Sosial xərclər paketinin Nümayəndələr Palatasında təsdiqlənməsi ABŞ-da inflyasiyanın 31 illik maksimum həddə çatdığı və Baydenə siyasi dəstəyin azaldığı bir vaxtda Demokratlar üçün yeni “qələbə” kimi şərh edilib.

Baydenin iqtisadi planının ilk mərhələsini təşkil edən təxminən 1 trilyon dollarlıq infrastruktur paketi də bu həftənin əvvəlində qüvvəyə minib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »