Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub
Vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumlikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50.000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »