Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kubalı qadın mərhum futbolçunu təcavüzdə ittiham edir
Kubalı qadın mərhum futbolçunu təcavüzdə ittiham edir

Kubalı qadın Mavis Alvares Dieqo Maradonanın yaxın adamlarını məhkəməyə verib.

Bizimyol.info "RİA Novaosti"yə istinadən xəbər verir ki, 37 yaşlı qadın Argentinanın "İnfobae" qəzetinə məşhur futbolçunun azyaşlı ikən ona təcavüz etdiyini söyləyib.

Alvares 20 il əvvəl - 16 yaşında məşhur futbolçu Dieqo Maradona ilə iki ay yarım birlikdə  yaşadığını iddia edərək məhkəməyə müraciət edib. Argentina məhkəməsi bundan sonra mərhum futbolçunun ətrafında olan insanlara qarşı insan alveri işi üzrə dinləmələrə başlayıb. Qadın Maradona ilə narkotik asılılığından müalicə olunmağa gəldiyi Kubada tanış olduğunu bildirib.

Artıq 37 yaşı olan qadın Maradonanın içki içdiyi və ya narkotik istifadə etdiyi zaman ona qarşı zorakılıq göstərdiyi barərədə danışıb.

Qadının iddiasına görə, bir gün o yatdığı vaxt mobil telefonuna zəng gəlib. Alvares onu oyandıraraq telefonu verib və zəg gəldiyini bildirib. Cavabında Maradona telefonu çarpayıya atıb, qadının üzünə sillə vuraraq telefona toxunmağı ona qadağan edib.

Başqa bir dəfə isə diskotekada rəqs edərkən bilmədən Alvaresin əli onun burnuna dəyib. Kubalı qadının iddiasına görə, Maradona onu klubdan çıxarıb, itələyərək maşına mindirib, evə aparıb və saçından tutaraq pilləkənlərlə sürükləyib. Qadın onu da bildirib ki, Maradona ilə birlikdə narkotik və spirtli içki qəbul etməyə başlayıb.

Alvares deyir ki, barəsində məhkəmə iddiası qaldırılan keçmiş futbolçunun yaxın adamları belə halların çox şahidi olublar, amma onu dayandırmaq üçün heç nə etməyiblər.

Qeyd edək ki, əfsanəvi futbolçu Dieqo Maradona 25 noyabr 2020-ci ildə vəfat edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »