Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Rusiyaya daha sərt sanksiyalar tətbiq etməsi təklif edilib
ABŞ-ın Rusiyaya daha sərt sanksiyalar tətbiq etməsi təklif edilib

ABŞ Konqresinin Senatı, Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez (Nyu Cersidən olan demokrat) növbəti maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) müdafiə büdcəsi layihəsinə düzəliş təklif edib. Sənəddə Ukraynaya qarşı düşmənçilik hərəkətlərini davam etdirəcəyi halda Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməsini istənilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Konqresin saytında məlumat verilib.

Düzəlişin mətninə əsasən, “Rusiya hökumətinin Ukraynaya qarşı hərbi eskalasiya və ya digər düşmənçilik əməliyyatları həyata keçirəcəyi halda yeni əhəmiyyətli sanksiyalar tətbiq edilməlidir”.

Menendez təkid edir ki, ABŞ prezidenti 2021-ci il noyabrın 1-dən əvvəlki vəziyyətlə müqayisədə “Ukraynaya qarşı düşmənçilikdə əhəmiyyətli dərəcədə artımın” olub-olmamasını hər 15 gündən bir dəyərləndirməlidir. ABŞ administrasiyası belə hadisələrin baş verdiyini hesab edərsə, 30 gün ərzində Rusiya əleyhinə bir sıra məhdudiyyətlər tətbiq etməli olacaq.

Senator Rusiyanın ali rəhbərliyinə, o cümlədən dövlət başçısına, nazirlərə və hərbçilərə qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Menendes, həmçinin Sberbank, VTB, Qazprombank, Promsvyazbank, “Şimal axını 2” qaz kəməri, Rusiyanın digər struktur və müəssisələri, eləcə də ölkənin suveren borcuna qarşı məhdudiyyətlərin zəruriliyində israr edir. Bundan əlavə, senator hadisələrin bu cür inkişafında Ukraynaya əlavə hərbi yardım göstərməyi təklif edir.

Dəyişiklik bu tələblərə bir sıra istisnaları nəzərdə tutur. Həmçinin ehtimal edilən eskalasiyanın dayandırılması halında tətbiq edilən sanksiyaların ləğvi də mümkündür.

Qeyd edək ki, bu günlərdə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mətbuatında “Rusiya Federasiyasının Ukrayna ərazisini işğal etmək planları” ilə bağlı məlumatları gərginliyi artıran “boş və əsassız” məlumat adlandırmışdı. O vurğulayıb ki, Rusiya silahlı qüvvələrinin Rusiya Federasiyası ərazisindəki hərəkəti heç kəsi narahat etməməlidir, çünki Rusiya Federasiyası heç kim üçün təhlükə yaratmır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »