Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili Qori xəstəxanasına aparılıb
Saakaşvili Qori xəstəxanasına aparılıb

Gürcüstanın eks-prezidenti ötən gecə Tbilisidən 80 kilometr aralıda yerləşən Qoridəki xəstəxanaya aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib.

Bildirilir ki, Saakaşvilinin olduğu reanimobil bütün yolu maneəsiz qət edib. Saakaşvilini şəxsi həkimi Nikoloz Kipşidze, eləcə də vəkilləri Nika Qvaramiya və Dmitri Sadzaqlişvili onu müşayiət edib. "Saakaşvili palataya yerləşdiriləndə biz orada olacağıq", - deyə Qvaramiya bildirib.

Son iki gündə Gürcüstanın eks-prezidenti həbsxana klinikasının reanimasiya şöbəsində olan Saakaşvili 50 gün davam edən aclıq aksiyasından sonra Qori xəstəxanasında müalicə alacaq.

Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına Hərbi Hospitalı 2006-cı ildə yaradılıb. Bu, çoxsahəli tibb müəssisəsidir, IMIHO beynəlxalq hərbi xəstəxanalar ittifaqının üzvü - Hərbi Hospitalların qarşılıqlı əlaqələdiricisidir.

Klinika həm hərbçilərə, həm də mülki şəxslərə xidmət göstərir. Xəstələrin əksəriyyəti hərbçilər, keçmiş hərbçilər və onların ailə üzvləridir.

Klinikada ümumi cərrahiyyə, travmatologiya, anesteziologiya, reanimasiya və təcili yardım, kardiologiya və intensiv kardiologiya və psixonevrologiya şöbələri fəaliyyət göstərir. Xəstəxananın öz laboratoriyası, qan bankı və meyitxanası var.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
Son xəbərlər
Bütün xəbərlər »