Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var
Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var

Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib.

Bu barədə səhiyyə naziri Faxrettin Koca tviterdəki hesabında yazıb.

O, bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub.

Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub. (Report.az)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »