Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC-ə qarşı antiinhisar qanunu işə salına bilər
OPEC-ə qarşı antiinhisar qanunu işə salına bilər

ABŞ Konqresinin bəzi üzvləri neftin bahalaşmasının qarşısını almaq üçün OPEC-ə qarşı antiinhisar qanunlarını tətbiq etmək təklifini irəli sürüb.

“Report” xəbər verir ki, 2000-ci ildə təklif olunmuş “Neft hasilatı və ixracatında kartellərə qarşı akt” (NOPEC) adlı qanuna istinad edərək hökumət OPEC üzv ölkələrini enerji bazarında manipulasiyalarına görə məhkəməyə vermək hüququna malikdir.

Əvvəllər diplomatik gərginlik ehtimalını nəzərə alan Dövlət Departamenti adıçəkilən qanunun tətbiqindən boyun qaçırsa da, cari ilin aprel ayında Nümayəndələr Palatasının Məhkəmə Komitəsində keçirilmiş səsvermə nəticəsində həmin qanuna gətirilən dəyişikliklərdən sonra məsələ gerçək məcraya yönəldildi.

Qeyd edək ki, son iyirmi ildə benzin bahalaşdıqda müzakirəyə çıxarılmış NOPEC 2007-ci ildə Konqresin hər iki palatası tərəfindən təsdiqlənsə də, prezident Corc Buş sənədə veto qoyacağını bildirdi. Amerika Neft İnstitutu (API) və ABŞ Ticarət Palatası da bu qanunun tətbiqinə qarşı çıxıb.

NOPEC hələ 1890-cı ildə qəbul edilmiş Şerman Antitrast Aktına dəyişiklik edib. Adıçəkilən sənəd neft hasilatının ixtisarı və qiymətlərinin tənzimlənməsi istiqamətində xarici ölkə hökumətlərinin hər cür birgə addımlarını qanunsuz hesab edir.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »