ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.