Türkiyənin Ərzurum vilayətinin Köprüköy rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 15:40-da baş verib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, zəlzələnin maqnitudası 5,1, yerin 7 km dərinliyidə olduğu bildirilir.
Kandillidən verilən açıqlamada isə zəlzələnin maqnitudası 5,2, dərinliyi isə 5 km olaraq açıqlanıb.