Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“2021-2025-ci illərdə müharibə əlillərinə daha 11 min evin verilməsi nəzərdə tutulub”
“2021-2025-ci illərdə müharibə əlillərinə daha 11 min evin verilməsi nəzərdə tutulub”

“Bu gün Azərbaycan hakimiyyətinin, cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanımın apardığı siyasətdə insanların rifahı, pararlel olaraq həssas təbəqənin sosial qorunması ən böyük əhəmiyyət kəsb edən istiqamət kimi diami nəzarətdədir”.

Bu fikirləri deputat Arzu Nağıyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. O, bildirib ki, əlillik sahəsində də çox ciddi məsələlər aparılıb və Milli Məclisdə də buna diqqət ayrılıb.

“2022-ci ilin büdcəsində də sosial istiqamətdə olan ayrılmalar, xərclər ən ciddi məsələdir. Buna hər bir deputat böyük həssaslıqla yanaşır. Mən özüm sosial məsələlərlə bağlı komitənin üzvüyəm və burda da komitə iclaslarında, plenar iclaslarda təqdim olunna layihələrdə bu mühüm istiqamətdir.

Son vaxtlar cənab prezidentin tapşırığına uyğun olaraq, ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində işlər aparılır. Əliliyin qiymətləndirilməsi məsələsi elektron infrastruktur üzərindən aparılır, səhiyyə müəssələrində yek sistemə daxil olan göstəricilərlə aid edilir, lazım olduğu zaman onların özü dəvət olunur və əyani olaraq onlara baxış keçirirlir.

2021-ci ilin 9 ayı ərzində 50 minə yaxşın şəxs əlillik təyinatı alıb. Bundan başqa Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızın əlilliyinin qiymətləndirilməsi istiqamətində işlər aparılır.

Təbii ki, həddən artıq çox müraciətlər olduğuna görə bunların növbəli formada həyata keçirilməsi müəyyən vaxt apara bilər. Lakin bu gün çox ciddi işlər gedir. Bu gün Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən komissiyalar yaradılıb. Bu komissiyalara həm hərbi qulluqçuların əyani müayinəsi, Müfadiə və Ədliyyə nazirliklərinin Sərdəq Qoşunlarının, Daxili Qoşunların həkim komissiyaları şəhadətnamələr və müharibə əlillərinə müavinətlər təyin edilir”.

Deputat qeyd edib ki, son 3 ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib və artıq 2200-dən çox qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik təyinatı aparılıb.

“Burada tək 2020-ci ilin müharibə əlilləri və qaziləri deyil, 1990-cı ilin 20 yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirən, Çernobil və bu istiqamətdə də bütün kateqoriyalardan birinci dərəcə əlilliyi olan şəxslə qulluq edən şəxslər üçün təqaüd ödənilir. Məsələn, Çernobil AS-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün birinci dərəcə üzrə 250 manatdan 400-ə, ikinci dərəcə 230-dan 350 manata, üçüncü dərəcə 210 manatdan 300 manata qalxıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata, Böyük Vətən Müharibəsi iştirakçıları 150 manatdan 300 manata, Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2000 manat məbləğində prezidentin aylıq təqaüdü təsis olunmuşdur.

Bundan başqa şəhid ailələri ilə bərabər müharibə əlillərinin mənzil və fərdi evlə təmin olunması həyata keçirilir. İndiyə qədər bu kateqoriyadan olanlara 11 mindən çox mənzil, fərdi ev verilib. Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min fərdi ev və mənzil verilmısi nəzərdə tutulub.

Bundan başqa əlilliyi olan şəxslərin reablitasiya xidmətləri də həyata keçirilir. Burada təxminən 8 minə yaxın əlilliyi olan şəxs, 39 minə yaxın protez, ortapedik və reablitasiya vasitələri ilə o cümlədən 1000-ə yaxın mühərrikli, təkəri olan oturacaqlarla təmin edilib. Reablitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur. Yəni bu müəssilərdə 10 ay ərzində əlilliyi olan şəxslərdən habelə müharibə əlillərindən ibarət 6500-ə yaxın reablitasiya xidmətləri, Vətən müharibəsinin 1000-dən çox qazisinə sosial, psixoloji dəstək həyata keçirilib. Bu istiqamətdə çox ciddi addımlar atılır.

Təbii ki, suallar da çoxdur. Bəzi hallarda KİV-lərdə, sosial mediada bir sıra rəqəmlərə nümayiş olunur. Guya ki 200 minə yaxın əlillik ləğv edilib və s. Sadəcə bəzi məsələlərə daha diqqətlə baxmaq lazımdır. Əlillik ləğv olunmayıb, müddətə görə dayandırılıb. Yenidən həmin əlilliklərlə bağlı hesablamalar aparılır. Həmin şəxslər dəvət olunur, bir sıra strukturlardan keçərək, bu iş həyata keçirilir. Bu məsələlərə obyektiv yanaşmaq lazımdır. Emosiyalara çox uymamaq lazımdır. Əlilliyə görə sosial müavinətlərin kəsilməsi halı hazırda mövcud deyil. Sadəcə olaraq, müddətlə bağlıdır bunlar.

Həddindən artıq çox müraciət olduğu üçün növbəli formada həyata keçirilir. Əlillik müddətinin uzadılması ilə bağlı müraciətlər gərək vaxtında oluna. Ümumilikdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsinə xüsusi diqqət və qayğı var. Məlumdur ki, Birinci Qarabağ müharibəsi iştirakçılarından təkrar qiymətləndirmə zamanı bəzilərin müddəti uzadılıb, bəzilərinə yenidən baxılır. Burada şəffaflıq belədir ki, istər QHT nümayəndələri, istərsə də digər qurumların nümayəndələri burada iştirak edir. Bəzən illər ərzində əlilliyə görə sosial ödəniş aldığını və onun əlillik müddətinin uzadılmadığı üçün sosial ala bilmədiyi üçün maddi rifaha təsir edilməsindən də gileylər olur. Lakin burada da fərdi yanaşmaq lazımdır. Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır. Məlum məsələdir ki, o, əvvəllər hansısa əmək qabiliyyətini itirib, amma indi müəyyən qədər işləyə bilər.

Təbii ki, problemlər də var. Lakin bunların qarşısı alınır və düşünürəm ki, Azərbaycan prezidentinin apardığı siyasət, ölkəmizin təhlükəsizliyi, müstəqilliyin qorunması ilə bağlı hər bir Azərbaycan vətəndaşının da rifahına bağlıdır. Burada da ilk növbədə sosial məsələlər, əlillər, həssas təbəqə öndədir. Düşünürəm ki, bu istiqamətdə də siyasət davam etdiriləcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »