Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Allah bizi yaradıb ki, Əmək Nazirliyi zülm versin?”
“Allah bizi yaradıb ki, Əmək Nazirliyi zülm versin?”

Bu gün bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib. Aralarında Birinci və İkinci Qarabağ müharibəsi əlillərinin də iştirak etdiyi aksiyada üç nəfərdən artıq şikayətçi saxlanılıb.

Nazirliyin yarıtmaz, səriştəsiz fəaliyyətindən narazılıq edən əlillər onlara kəsilən pensiya haqqının 6 aydan artıqdır verilmədiyini bildirir: “6 aydır gəlirəm bura, məni yönləndirirlər “DOST” xidmətinə. O uşaq oturub orda, mənə deyir: “Get, məhkəməyə ver”. Xeyir ola, mən məhkəməyə müraciət etməliyəm? Özüm Quba rayonundan gəlmişəm, çıxılmaz vəziyyətdəyəm. Özümün 46 yaşım var, hara gedirəm, budur, yararsız hərbi bilet. Mən dərdimi kimə deməliyəm? 6 aydır mən aidiyyatı orqanların qəbuluna düşə bilmirəm. Bir nəfər məni qəbul etsin, dərdimi deyim. İki övladım var, amma bir qəpik gəlir yerim yoxdur. Mən nə etməliyəm? 3 il Vətən uğrunda canımı qoymuşam mən. Daxili orqanlarım doğram-doğramdır” – deyə, Camalov Əkbər bildirib.

Daha sonra Şəmkir rayonu Seyfəli kəndindən gələn Həsən Məmmədov dörd övladının olduğundan, pensiyasının kəsilməsi ucbatından onlara baxa bilmədiyindən şikayətlənir: “Balaca oğlumun 6 yaşı var, mən ona bir kq banan ala bilmirəm. Bunlar hamısı bizim bədbəxtliyimizin üzərində öz xoşbəxtliklərini qururlar. Qoy, bütün Azərbaycan bilsin, mən 21 yaşından əliləm. Bu Vətən üçün canımı vermişəm. Ya məni burda vur, şəhid olum, ya da imkan ver, sözümü deyim (onu aparmağa gələn polis əməkdaşına deyir –M.Ş). Mən dəli deyiləm, ağlım başımdadır, ancaq mən bu vəziyyətimlə övladlarımın yanında qızarıram. Allah bizi yaradıb ki, bu Nazirlik bizə zülm versin?” – deyə, Həsən adlı İkinci qrup Qarabağ əlili bildirib.

Fazil Talıbov Fazil Talıbov

Yaranmış problemlə əlaqədar Bizimyol.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov aksiya ilə bağlı ictimaiyyətə əlavə məlumatların veriləcəyini bildirdi: “İndi mənə qəbul şöbəsinin məlumatları daxil olan kimi açıqlayacağıq. Yəqin ki, yarım saat ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”,- deyə Fazil Talıbov bildirib.

Məlumat üçün qeyd edək ki, bir neçə həftə öncə əhalinin sosial problemləri ilə bağlı yazılı sorğumuzu hələ də cavablandırmayan ƏƏSMN Mətbuat Xidmətinin bu aksiya ilə bağlı yarım saat ərzində ictimaiyyətə hansı dolğun cavabı verəcəyi, yəqin ki, hər birimiz üçün maraqlı olacaq.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »