Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili tərəfdarları Tbilisinin mərkəzində yürüş keçirirlər
Saakaşvili tərəfdarları Tbilisinin mərkəzində yürüş keçirirlər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin bir neçə min tərəfdarı Tbilisinin mərkəzindəki Rustaveli prospekti ilə yürüş keçirib.

Bizimyol.info xəbər verir ki, hadisə yerindən "sputnik gorgiya" məlumat verib.

İnqilab meydanına toplaşan tərəfdarlar əllərində “Saakaşviliyə azadlıq” pankartı ilə bütün Rustaveli prospektini keçiblər. Hazırda parlament binasının ərazisində toplaşaraq  müxalifət liderlərinin çıxışlarını dinləyirlər.

“Səbriniz və dinc etirazınız üçün sizə təşəkkür edirəm”, - deyən Melia Ədliyyə Nazirliyinin qərarının etiraza səbəb olduğunu qeyd edib.

Milli Hərəkatın sədri Nika Melia bildirib ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin Saakaşvilinin Qoridəki hərbi hospitalda müalicəsini davam etdirməsini təklif edən bəyanatından sonra müxalifətin kəskin etiraz aksiyası keçirmək planları dəyişib.

"İndi biz nə edək? Onun (Saakaşvili - red.) cavabını gözləməliyik. O, həyatının bu ölkənin dövlətçiliyi üçün nə qədər əhəmiyyət olduğunu bilir. O, Qldani həbsxanasından köçürülənə qədər biz buradan getməyəcəyik" - Melia deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »