Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: “Putinin tanınmaması” layihəsi gülünc və aqressivdir
Kreml: “Putinin tanınmaması” layihəsi gülünc və aqressivdir

"Vladimir Putinin 2024-cü il mayın 7-dən sonra bu vəzifəni tutacağı təqdirdə Rusiya prezidenti kimi tanınmaması ilə bağlı qətnamə layihəsi ABŞ-ın başqa ölkələrin işlərinə qarışmasına gözəl nümayişidir".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

"Biz konqresmenlərin təşəbbüsünü gördük. Hər dəfə bizə elə gəlir ki, okeanın o tayından bundan daha gülməli, bundan aqressiv, qeyri-dost və qeyri-konstruktiv heç nə gələ bilməz və hər dəfə yanılırıq. Çox təəssüf ki, gəlbelə hallar baş verməkdə davam edir. Bu, təkcə Rusiya Federasiyası üçün deyil, bütün dünya ölkələri üçün əla nümayişdir, ABŞ-ın rəsmi olaraq digər ölkələrin daxili işlərinə qarışdığının nümayişidir”, - deyə Kreml sözçüsü qeyd edib.

Peskov qeyd edib ki, Kreml belə bir qətnamə layihəsi kimi təşəbbüsləri qəbuledilməz hesab edir.

"Biz konqresmenlərin bu cür təşəbbüslərini qəbuledilməz hesab edirik. Bunu daxili işlərimizə müdaxilə hesab edirik. Ondan da əminik ki, Rusiya Federasiyasının prezidentinin kim və nə vaxt olacağını yalnız rus xalğı müəyyən edir. Dünyanın heç bir ölkəsi, dünyanın heç bir parlamentarilərinin belə bir iddia etmək hüququ yoxdur”, - deyə Peskov bildirib.

Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »