Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət “Əsgər ölümlərinə son” aksiyasını keçirənlərə 188 min manat ödəyəcək
Hökumət “Əsgər ölümlərinə son” aksiyasını keçirənlərə 188 min manat ödəyəcək

Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclası keçirilib. İclasda “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.

Bizimyol.info xəbər verir ki, Plenum Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə yenidən baxıb. Vəkil Əsabəli Mustafayevin verdiyi məlumata görə, Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədiyi, onların günahsız həbs olunduğu qənaətinə gəlib.

Ali Məhkəmənin qərarına əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.

NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunmuş, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.

“Nida”çılar kütləvi iğtişaşların təşkili məqsədilə “Molotov kokteyli” hazırlanması, evlərindən tapılması və s. haqda ittihamların yalan olduğunu, 2013-cü ildə təşkil olunan “Əsgər ölümlərinə son!” aksiyasına görə cəzalandırıldıqlarını bəyan edirdi.

Avropa Məhkəməsi adları çəkilən şəxslərin bu hamısının işində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə məhdudiyyətlərdən sui-istifadənin yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb. Yəni Avropa Məhkəməsi adları çəkilən şəxslərin işinə Azərbaycan məhkəmələrində qanuna uyğun, ədalətli baxılmadığını təsdiqləyib.

Ali Məhkəmənin Plenumu eyni qaydada Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov və bu partiyanın üzvü olan hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında da cinayət işinə xitam vermişdi. İlqar Məmmədova 234 min, Rəsul Cəfərova isə 57 min manat təzminat ödənilməsi haqda qərar çıxarılmışdı.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »