Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Belarus-Polşa sərhədindəki böhranla bağlı məsləhətləşmələr aparır
NATO Belarus-Polşa sərhədindəki böhranla bağlı məsləhətləşmələr aparır

"NATO müttəfiqləri ilə Polşa və Belarus arasındakı sərhəddəki vəziyyətlə bağlı daimi məsləhətləşmələr aparır".

Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində keçirilən “NATO Talk 2021” konfransında bildirib.

"Biz sərhəddəki bu vəziyyətdən çox narahatıq. Mən Polşa prezidenti ilə danışmışam, alyansda bu məsələni dəfələrlə müzakirə etmişik, Polşa bizi vəziyyətlə bağlı məlumatlandırır. NATO bu məsələ ilə bağlı daimi məsləhətləşmələr aparır", - o deyib.

İlin əvvəlindən Polşa sərhədçiləri Polşa-Belarus sərhədini qanunsuz keçməyə 34 mindən çox cəhd qeydə alıblar ki, onlardan 6 mini noyabrda, təxminən 17,3 mini oktyabrda, demək olar ki, 7,7 mini sentyabrda, 3,5 mindən çoxu isə avqust ayında qeydə alınıb.

Son bir neçə həftə ərzində bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb. Belarus öz növbəsində, Polşanın bütün bu ittihamları rədd edərək onu, miqrantlara qarşı zor tətbiq etməkdə günahlandırır.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »