Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Azərbaycanın qlobal səviyyədə bir töhfəsidir"
"Bu, Azərbaycanın qlobal səviyyədə bir töhfəsidir"

Bəzi dövlətlərin soyuq müharibə dövründə iki siyasi -hərbi qütb arasında qarşıdurmalara cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərakarı bu gün beynəlxalq münasibətlərin tənzimlənməsində mühim rol oynayır.

Politoloq İlyas Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin COVID-19 pandemiyasına qarşı qlobal təəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən bir neçə dəfə dəstəklənib:

İlyas Hüseynov İlyas Hüseynov

"Bu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bir daha öz təsdiqini tapmışdı. Eyni zamanda Qoşulmama Hərakatının sədri kimi COVID-19 -a qarşı fövqəladə zirvə görüünün keçirilməsi, eyni zamanda peyvənd millətçiliyinə qarşı qlobal mübarizədə Azərbaycanın göstərdiyi səylər və təşəbbüslər beynəlxalq auditoriyanın diqqətini çəkir və daim dəstəklənir".

Onun sözlərinə görə, 2021-ci il sentyabrın 24-də BMT Baş Assemblyeasının 76-cı sessiyasının illik iclasında video müraciətlə çıxış edən prezident millətçiliyini qınamış və Azərbaycan tərəfindən "Qoşulmama hərkatı" adından peyvəndlərə bərabər və universal çıxışın təmin ediıməsi ilə bağlı BMT Baş Assembleyasında qətnamənin irəli sürəcəyini elan etmişdi.

Ötən gün noyabrın 18-də BMT Baş Assemblyeasının 3 -cü komitəsində yəni insan hüquqları və humanitar Komitədə sözügdən qətnamə layihəsi müzakirə edilərək,qətnamə ilə qəbul edilib.

"Bu, Azərbaycanın qlobal səviyyədə təhlükəsizliyin və sağlamlığın qorunması istiqmaətində bir töhfəsidir və dünya əhalisinin çətin bir dönəmdə peyvəndlərə çıxış imkanlarının genişləndirilməsi və dövlətlrə arasında bərabərsizliyə son qoyulması ilə bağlı həyata keçirilən mühim bir addımdır. Eyni zamanda 171 ölkə bu qətnamənən lehinə səs verib. Qətnamnən əleyhinə səs verən ölkə olmayıb. Çünki bu bütün dünyanı narahat edən məsələdir. Maraqlıdır ki, qətnamənin müzakirəsi zamanı bitərəf qalmış 7 ölkədən biri Ermənistandır və Cənubi Qafqaz regionunda ən az peyvəndləmə səviyyəsinə malik olan Ermənistan bu məsələdə bitərəfliyini nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, Ermənistan bütün məsələlərdə hətta humanitar aspektdə olan məsələlərdə də Azərbaycanın qlobal çağırışlarına və nailiyətlərinə qısqanclıqla yanaşır və bütü qlobal təşəbbüslərin qarşısının alınmasında səy göstərir. Və hətta ötən ilin dekabrında COVID-19 a qarşı BMT baş asembleyasında müzakirələrin keçirilməsi ilə bağlı Azərbaycanın qlobal təşəbbüsünə qarşı Ermənistan öz səsini ifadə etmişdir. Eyni zamanda qəbul olunan qətnamə dekabr ayında BMT Baş Asemblyeasının plenar sessiyasında qəbul olunacaq və bu bir daha göstərir ki, Azərbaycan bütün dünyada gedən proseslərə biganə deyil və bütün dünya əhalisinin təhlükəsziliyinin, sağlamlığının, insanların rifahını qorunması istiqamaətində fəaliyyət göstərir".

İ.Hüseynov bildirir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına "Qoşulmama hərəkatının" üzv dövlətlərinə peyvəndlər ianə etmişdir və həmin dövlətlər daim Azərbaycanın yanında olduğunu nümayiş etdirmişlər: " Biz bunu Vətən Müharibəsində BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də gördük. Bu Azərbaycanın beynəlxalq mövqeyinin bir qədər də güclənməsinə xidmət edən addımlar sırasında qeyd edilir".

Qeyd edək ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, ÜST-ə 10 milyon ABŞ dolları məbləğində könüllü vəsait köçürüb və dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin ianə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »