Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlham Əliyevin təklifinin BMT-də qəbulu bu mübarizədə ön sırada olduğumuzu göstərir"
"İlham Əliyevin təklifinin BMT-də qəbulu bu mübarizədə ön sırada olduğumuzu göstərir"

BMT Baş Assambleyanın 3-cü komitəsində qətnamənin qəbul edilməsi beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini bi daha sübut edir. Qeyd edək ki, Ermənistan qətnaməyə qarşı bitərəf olan 7 dövlətdən biri olub. Baxmayaraq ki, Ermənistanda da COVID-19-a qarşı peyvəndləmə zəif aparılır, Ermənistan hər vəchlə Azərbaycanın təşəbbüslərinə qarşı çıxmağa çalışır.

Poltoloq Tural İsmayılovun fikrincə, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən BMT-yə irəli sürülən qətnamənin qəbul edilmısi ölkəmizin qlobal pandemiyaya qarşı mübarizənin ön sıralarda olduğunun göstəricisidir.

Tural İsmayılov Tural İsmayılov

"Daha əvvəl 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT -də cənab İlham Əliyevin hazırladığı COVID-19 a qarşı qlobal mübarizə ilə bağlı önəmli bir sessiya keçirilmişdi. Həmin sessiyada Azərbaycanda peyvəndlərin ədalətli bölünməsi, eyni zamanda dünyanın müxtəlif coğrafiyaalrında hələ də peyvənd təminatı ilə problem yaşayan kasıb ölkələr qarşı edilən əalətsizliklə bağlı mövqe ortaya qoyulmuşdu.

Daha sonra cənab İlham Əliyev Qoşulmama Həraktı nəzdində də COVID-19 -a qarşı qlobal mübarizədə peyvənd millətçiliyinin aradan qaldırılması ilə bağlı xüsusi sessiya həyata keçirilmiş, dinləmələr gerçəkləşmişdi".

Ekspert hesab edir ki, qəbul edilən qətnamənin BMT -də keçməsi cənab İlham Əliyevin 44 günlük Vətn müharibəsi gedən çətin dövrdə də dünyəvi problemlərdə də ön sıralarda yer aldığını göstərir. Nəzərə almaq lazımdır ki, BMT -nin qəbul etdiyi qətnaməyə 126 BMT üzvü olan ölkələr tərəfindən dəstəklənib.

"Ümid edirəm ki, dünyanın səssiz qaldığı və susduğu peyvəndlərlə bağlı haqqsızlıq və ədalətsizlik COVAKS təşəbbüsü və eyni zamanda dünyada bir sıra peyvədlərlə bağlı təşəbbüslərin hələ də müxtəlif siyasi qərarların oyuncağına çevrilməyi ilə bağlı konkret ortaya mövze qoyular. Nəzərə almaq lazımdır ki, pandemiyanın səngidiyi ölkələr uğurlu peyvənd strategiyası həyata keçrilən ölkələrdir. Amma Afrika və Cənub Şərqi Asiyanın kaısb ölkələrində pandemiyaya hələ dçox ciddi şəkildə yoluxmalar var" -deyə politoloq bildirib.

Politoloq hesab edir ki, bu baxımdan ölkə prezidenti İlham Əliyev tərədindən irəli sürülən və Qoşulmama Hərəatının BMT -yə təqdim etdiyi qətnamə layihəsinin gələcəkdə qlobal pandemiyaya qarşı mübarizədə və eyni zamanda post pandemiya dövrünün siyasi münasibətlərində müstəsna əhəmiyyətə malik olacaq.

Xatırladaq ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.

Ötən gün BMT Baş Assambleyanın 3-cü komitəsində qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »