Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 20 noyabr, 2021-ci il – Lazımsız əşyalardan xilas olmağın vaxtıdır
Ulduz falı: 20 noyabr, 2021-ci il – Lazımsız əşyalardan xilas olmağın vaxtıdır

Bizimyol.info 20 noyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Gün çox vaxt və səy tələb edən işləri uğurla başa çatdırmaq şansı verəcək. Düzdür, əldə edə biləcəyiniz nəticə heç də gözlədiyiniz kimi deyil; lakin çətin ki, məyus olasınız. Siyahı tutmaq və lazımsız əşyalardan xilas olmaq yaxşıdır. Bəzi pis vərdişlərdən də imtina etmək bu gün asan olacaq. Öyrənmək asan alınacaq: sizə lazım olan hər şeyi yaxşı yadda saxlaya, əvvəllər çətin görünən mövzuları başa düşə bilərsiniz. İş və digər məsələlərlə bağlı söhbətlər konstruktiv və məhsuldar olacaq, lakin şəxsi məsələlərlə bağlı söhbətlər həmişəki kimi sakit keçməyə bilər, bəzi gərgin anlar mümkündür. Xoşbəxtlikdən, problem adətən, yalnız anlaşılmazlıqdan ibarət olur və hər şey tez yoluna qoyulur.

Qoç - Ciddi olun. Gün təsadüfi şıltaqlıqlara uyunmaq, keçici istəklər naminə vacib məsələləri təxirə salmaq üçün qətiyyən uyğun deyil. Yəqin ki, əyləncəyə, xoş ünsiyyətə və istirahətə vaxtınız olacaq, lakin ilk növbədə faydalı bir işlə məşğul olmalısınız. Günün ilk yarısı maliyyə məsələlərinin həlli üçün münasibdir. Uğurlu alışlar, sərfəli investisiyalar ehtimal olunur. Sonradan çox sevinəcəyiniz hədiyyələr, xoş sürprizlərin vaxtı gələcək. Romantik sevgi görüşü də gözləntilərinizi doğruldacaq.

Buğa - Səhər saatlarında hadisələr arzu ediləndən daha yavaş inkişaf edə bilər. Bu, sizi sevindirməyəcək: məqsədlərinizə daha tez çatmaq istəyirsiniz və zaman gözləmir. Burada bəzən sizi sıxan qıcıqlanmanın öhdəsindən gəlmək və münaqişələrə səbəb olmamaq vacibdir. Vəziyyət getdikcə yaxşılaşacaq, günorta xoş keçəcək. Bir çoxları üçün gün maraqlı görüşlər vəd edir, qeyri-adi insanlarla tanış olmaq və dostluq etmək şansı verəcək. Çox güman ki, gözlənilməz səfərlər olacaq, onlardan məmnun olacaqsınız. Ziyarətə gələnlər son vaxtlar çox darıxdığınız insanlar olacaqlar.

Əkizlər - Çox işlər plandan kənara çıxacaq, amma siz improvizasiya etmək, yeni nəsə fikirləşmək və yeni ideyaları həyata keçirmək imkanınızız olmasından razı qalacaqsınız. Planlaşdırılmamış görüşlər, eləcə də çox sevinəcəyiniz tanışlıqlar mümkündür. Qeyri-adi və həyəcanlı bir şey etmək şansı var. Yeni bir iş dərhal sizi cəlb edəcək və sizə çox şey öyrədəcək. Nağd pul qazancınız ehtimal olunur. Alış-veriş edə bilərsiniz, uğurlu olacaq. Həqiqətən yaxşı əşyaları seçmək üçün intuisiyanıza etibar edin.

Xərçəng - Gözlədiyinizdən daha çox narahatlıq olacaq. Dərhal diqqət tələb edən işlər var, həmçinin yaxınlarınızdan birinin köməyinizə ehtiyacı olacaq. Sizə lazım olan hər şeyi və daha çoxunu edə bilirsiniz, baxmayaraq ki, bəzən özünüz bunun necə mümkün olduğunu izah edə bilmirsiniz. Amma çox da işləməməyə çalışın. Yorulduğunuz zaman əhvalınız korlanır və mənfi emosiyalarla mübarizə aparmaq çətinləşir. Axşam saatlarını çətin işləri bir kənara qoyub gərgin vəziyyətlərdən mümkün qədər uzaqlaşaraq sakit keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etdikdə özünüzü daha yaxşı hiss edəcəksiniz.

Şir - Siz həmişə doğru sözləri tapırsınız, başqalarının eşitmək istədiklərini təxmin edirsiniz. Çox vaxt intuisiyanız sizə kimə etibar edə biləcəyinizi və kiminlə ehtiyatlı ola biləcəyinizi söyləyir. Ciddi məsələlər həmişə uzun müzakirə tələb etmir. Bəzən yaxşı qərarlar demək olar ki, dərhal verilir və adətən, bu, sizin sayənizdə baş tutur. Yalnız başqalarını buna inandırmaq qalır və bunun da öhdəsindən tez gəlirsiniz. Bu bacarığınız bu gün də gərəkli olacaq. Bu gün əldə edəcəyiniz pul gəlirləri çox faydalı olacaq: bəzi xoş alış-verişlər edə bilərsiniz.

Qız - Əla, məhsuldar və maraqlı gündür. Birinci yarısında bəzi anlaşılmazlıqlar, bezdirici hadisələr mümkündür. Ancaq xırda məsələlərdən söhbət gedir. Narahat olmaq üçün heç bir əsas yoxdur, hər şey tezliklə həll olunacaq. Burada intuisiyanız sizi məyus etməyəcək. Günorta saatları yaxşı keçəcək. Bu gün bir çoxları uğurlu təsadüflərə sevinəcəklər. Onların sayəsində çoxdan düşünülmüş planı həyata keçirmək, son vaxtlar haqqında çox düşünməli və danışmalı olduğunuz problemləri həll etmək mümkün olacaq. Axşam xoş xəbərlər ala bilərsiniz.

Tərəzi - Gün sürprizlərlə bol olacaq. Çox vaxt yolda qərar qəbul etməli olursunuz. Bu sizi qətiyyən qorxutmur: intuisiyanız sizə ən yaxşı şəkildə davranmağın yolunu nişan verəcək və siz məqsədə doğru düzgün yolu seçdiyinizə şübhə etməyəcəksiniz. Dostlarınız və köhnə tanışlarınız bir çox ideyalarınızı dəstəkləməyə hazırdırlar. Bu cür dəstək sayəsində bəzi mühüm planları həyata keçirmək mümkündür. Siz cazibədarsınız və çoxlarında xoş təəssürat yaradırsınız. Əvvəllər sizin məziyyətlərinizi görməyən insanlar indi onlara diqqət yetirəcəklər.

Əqrəb - Günün ilk yarısı sürprizlərlə sevindirəcək. Yaxşı vaxtdır: çoxdan düşündüyünüz işi görə, bir növ cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Şərait əlverişlidir və bəzən məqsədinizə çatmaq üçün heç bir səy göstərməyə ehtiyac yoxdur. Günün ikinci yarısı daha sakit keçəcək. Yaxınlarınızla ünsiyyət üçün çox uyğun zamandır: hər kəs üçün vacib bir şey etmək üçün birlikdə çox şey müzakirə edə bilərsiniz. Planlaşdırılmamış romantik görüşlər gözlənilmədən parlaq və yaddaqalan alınacaq.

Oxatan - İstənilən görüşlər üçün əlverişli gündür. Bu gün insanlar sizin işinizlə xüsusi olaraq maraqlanacaq, çoxlu suallar verəcəklər. Onlara yalançı təvazökarlıq olmadan cavab verin, nailiyyətləriniz haqqında danışmaqdan çəkinməyin. Hər kəs həqiqətən nə etdiyinizi və necə etdiyinizi bilmək istəyir. Uzun müddət təxirə salınmış bəzi çətin işlərin öhdəsindən tez gələ bilərsiniz. İndi intuisiyanız onlara necə yanaşmaq, haradan başlamaq lazım olduğunu söyləyəcək. Köhnə tanışlar kömək edəcək, heç xahişə də ehtiyac olmayacaq.

Oğlaq - Aktiv olmaq və fərqli bir şey təklif etmək üçün əla gündür. Çoxları sizin ideyalarınızı bəyənir, bəzən onlar sözün əsl mənasında dərhal qəbul edilir. Tezliklə diqqətinizi çəkəcək işlər, biznes layihələri ilə bağlı bəzi söhbətlər istisna deyil. Yaxın bir neçə gün ərzində barəsində sakitcə düşünə biləcəyiniz təkliflər ola bilər. Səyahət, gəzinti üçün əlverişli gündür. Bu, sizin üçün yaxşıdır - ruhlandıracaq, yeni ideyalar verəcək.

Dolça - Gün ciddi söhbətlər, həm özünüz, həm də yaxınlarınız üçün vacib olan məsələlərin müzakirəsi üçün münasibdir. Bəzi çaşqınlıq yaradan vəziyyətləri araşdırmağı bacaracaq, necə davranacağını anlayacaqsınız. Çox vaxt başqasının təcrübəsi kömək edəcək: bunun sayəsində hətta kiçik, əhəmiyyətsiz səhvlərin də qarşısını alacaqsınız. Tamamilə yeni işlərlə məşğul ola bilərsiniz. Onların öhdəsindən mükəmməl gələcəksiniz, sizə lazım olan hər şeyi tez öyrənəcəksiniz. Köhnə tanışlarla görüşlər gözlənilir - söhbət üçün çoxlu mövzular var. Son günlərin bəzi hadisələrini müzakirə etmək çox faydalı olacaq. Bu cür söhbətlər sizə maraqlı fikirlər verəcək.

Balıq - Günün əvvəlində gərgin anların qarşısını almaq mümkün deyil. Bəzi uğursuz təsadüflər, planlarınızı qarışdıracaq xəbərlər ola bilər. Bununla belə, müsbət tendensiyaların təsiri böyüyəcək, vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək. Günorta saatları xoş xəbərlər, sevinc üçün səbəblər və yararlanmaq üçün fürsətlər gətirəcək. Axşam saatları son dərəcə xoş keçəcək. Bir çoxları üçün bu, çoxdankı arzuların yerinə yetirilməsi, son vaxtlar çox narahat edən problemlərin həlli ilə əlaqəli olacaq.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
Son xəbərlər
Bütün xəbərlər »