Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin müdafiə nazirinin evində işləyən xidmətçi İran agenti imiş
İsrailin müdafiə nazirinin evində işləyən xidmətçi İran agenti imiş

İsrailin müdafiə naziri Benni Qantsın evində casus aşkarlanıb. Evdə təmizlik işləri görən xidçətçi İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib.

Bizimyol.info xəbər verir ki, İsrail Ədliyyə Nazirliyinin məlumatına görə, müdafiə naziri Benni Qantsın evinin təmizlik işçisi nazirin kompüterinə zərərli proqram yerləşdirmək niyyətində şübhəli bilinib. Bundan o, sonra İranla əlaqəsi olan haker qrupuna casusluq etməkdə ittiham olunaraq həbs edilib.

İddiaların diqqət mərkəzində 37 yaşlı Omri Goren Qoroçovskidir. Ağır cinayət məhkumluğu olmasına baxmayaraq, o, Tel-Əvivdən kənarda nazir Qantsın evində illərlə təmizlikçi işləyib. Onun oktyabrın 31-də Telegram vasitəsilə İrana məxsus olduğu iddia edilən "qara kölgə" haker qrupu ilə əlaqə saxladığı aşkarlanıb.

Qoroçovski saxta addan istifadə edərək haker qrupuna öz xidmətini təklif edib. O, pul müqabilində İsrail müdafiə nazirinin kompüterinə casus proqramlar yerləşdirə biləcəyini deyib. İnam qazanmaq üçün Qantsın evindən masalar, kompüterlər və telefonlar kimi əşyaların fotoşəkillərini də göndərib. Lakin casus məqsədinə çata bilməyib, noyabrın 4-də həbs edilib.

İsrailin Daxili Kəşfiyyat Xidməti Şin Betin məlumatına görə, casusun məxfi informasiyaya çıxışı olmayıb.

Qorochovskinin vəkili müdafiə etdiyi şəxsin milli təhlükəsizliyə zərər vurmaq niyyətində olmadığını bildirib. Onun bu hərəkətləri iqtisadi çətinlikləri üzündən pul qazanmaq istəməsi kimi dəyərləndirib.

Ən çox müzakirə olunan məsələ Qoroçovskinin belə bir xidmətə hansı yolla götürülməsidir. Çünki barəsində həbs qətimkan tədbiri seçilən Qoroçovskinin indiyə qədər 5 məhkuluğunun olduğu bildirilir. O, müxtəlif cinayətlərə, o cümlədən bank quldurluğuna görə həbs cəzasına məhkum edilib. Belə bir kriminal mənşəli şəxsin İsrail müdafiə nazirinin evində işləməsi ictimai reaksiyaya səbəb olub.

Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »