Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...

Keçən dəfə oxuculardan biri belə bir irad bildirdi ki, deyəsən "Azəristiliktəchizat" ancaq soyuqda yadınıza düşür". Sonra fikirləşdik və qərar aldıq ki, oxucularımızın bu iradını nəzərə alaq və ilin hər ayı bu qurumu yad edək. Çünki "Azəristiliktəchizat" ASC, bu il Bakı sakinlərinə unudulmaz bir qış yaşadacaq.

Ötən günlərdə "Azəriqaz" İB, "Azəristiliktəchizat" ASC-nin bu günə olan borcunu açıqlayıb. Sən demə bizim bildiyimiz borc ötən illərə olan məbləğ imiş. Qurumlar arasında olan borcun məbləği isə, bir qədər də şişərək 34, 3 milyon manata yüksəlib. Bu barədə elə "Azəriqaz" İB-in sözçüsü Eldəniz Vəliyev məlumat verib. O, deyib ki, "Azəristiliktəchizat" ASC borcun bir hissəsini yəni 14 milyon manatı qəbul etmir, deyir ki, sizə 20,3 milyon manat borcumuz var.Q urumlar arasında hər il qış aylarında mübahisələr yarandığını qeyd edən "Azəriqaz" sözçüsünün də sözündən belə anlaşılır ki, bu borc, "Azəriqaz" İB-in də yadına elə qış aylarında düşür.

E.Vəliyev həmçinin bildirib ki, borc məsələsi istilik mövsümün verilməsindən bir neçə gün öncə ictimailəşdirilib. Çünki "Azəristiliktəchizat" ASC, hər il olduğu kimi bu il də qazanxanalara istiliyin verilməməsini "Azəriqaz" İB-in ona qaz verməməsi ilə əlaqələndirəcək. Qınaq obyekti olmaq istəməyən "Azəriqaz" İB rəsmisi iddialarında haqlıdır. Çünki artıq uzun illərdir ki, bu borc məsələsi, vətəndaşın başında çartlayır.

"Azəriqaz" İB, qazı "Azərkontrakt" ASC-dən alır. Satılan qazın pulu yığılmalıdır ki, "Azəriqaz" İB, yeni mövsüm üçün də qaz ala bilsin. "Azəristiliktəchizat" isə, qazı "Azərqaz" İB-dən alır və borcunu ödəmir.

E.Vəliyev qeyd edib ki, bu borc ödənilsə, "Azəristiliktəchizat" yenidən qazla təmin edilə bilər.

Vəliyev haqlıdır da. Çünki "Azəristiliktəchizat", illər boyu qazanxanaları "nisyə" aldığı qazla təmin edərək, vətəndaşın gözündən pərdə asıb. Bu gün isə, həmin borcların qaytarılma vaxtı keçib. Və bu gün evinə istilik verilməyən hər bir vətəndaşın haqqıdır ki, bu məsələyə etirazını bildirsin.İ ki dövlət qurumu arasında borc qalmaqalı, vətəndaşın başında çartlamamalıdır.

Vəliyevin sözlərinə görə, "Azəristiliktəchizat", borcunu bir həftəyə ödəyəcəyi ilə bağlı razılığa gəlib. Gülməlidir deyilmi? İllərlə ödənilməyən borc bir həftəyə ödəniləcək.

Bu gün isə, "Azəriqaz" İB-in keçirdiyi tədbirdə İB-in rəhbəri Ruslan Əliyev qeyd edib ki, "Azəristiliktəchizat" ASC artıq borcun bir hissəsini ödəyib. Borcun tam ödənilməsi üçün isə, dekabrın 15-ə qədər vaxt qoyulub.

Yəni əziz oxucum, dekbarın 15-ə qədər rahat ola bilərsən, çünki istiliyin olacaq. Hə, bundan sonra nə olacaq, artıq bu "Azəriqaz"la "Azəristiliktəchizat"-ın gəldiyi razılaşmadan asılıdır.

34 miyon böyük bir məbəğdir. Bu məbləğin dekabrın 15-ə ödəniləcəyi mümkün kimi görünmür.

"Azəristiliktəchizat" hər il borcunu ödəyəcəyini deyib sözün əsl mənasında "Azəriqaz" İB-dən qaz alaraq vətəndaşları ala-babat istiliklə təmin edir. Yəni illərdir "Azəriqaz" aldadılır.

Görək bu borc qaytarılacaqmı? Bundan sonra "Azəriqaz" İB-in daha ciddi addımlar atmasını gözləyirik. Vətəndaş istiliyin pulunu ödəyirsə, istiliyi tələb etmək də haqqıdır.

““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”

Ölkə başçısı İlham Əliyevin dediyi bu sözlər "Azəristiliktəchizat" ASC-nin saytında yer alıb.

Hazırda isə "Azəristiliktəchizat" Azərbaycanın problemli qurumlarının siyahısında ön sıradıdır.

İki qurum arasında olan bu problemə görünür ölkə başçısı müdaxilə etməlidir. Əks halda "əlinin papağını vəlinin, vəliin papağını əlinin başına qoyub" gözdən pərdə asmaqla nə zaman qədər fəaliyyət göstərmək olar ki?

Əziz oxucu, siz necə düşünürsünüz qazın bir yiyəsi olmalıdırmı?l

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »