Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Endirim” sözü altında yatan təhlükə və ya "ucuz ətin şorbası"...
“Endirim” sözü altında yatan təhlükə və ya "ucuz ətin şorbası"...

İri, geniş, göz oxşayan marketlərdə böyük hərflərlə yazılmış “ENDİRİM” sözləri ilə yəqin ki, siz də tez-tez rastlaşırsınız.

Aldığınız maaşı və xərclərinizi göz önündən keçirdib digər məhsullara yox, məhs endirimdə olan məhsullara üz tutursunuz. Bəs heç bu məhsulların tarixinə baxmısınızmı? Əgər baxmısınızsa, deməli, görmüsünüz ki, endirimdə olan əksər məhsullar bitmə tarixinə az vaxt qalmış məhsullardır. Məsələn, 3 ay saxlanıla bilən məhsulun bitməsinə 15 gün, 1 ay saxlanılmalı olan məhsulun son tarixinə 6 gün və s. Görünür, marketlər bununla “ucuz ətin şorbası olmaz” atalar misalını əyani göstərməyə çalışırlar.

Marketlərin bu hiyləsindən hələ də xəbərsiz olanlar var. Endirimi görüb, “ucuz olmuşkən alıb qoyum evə sonra istifadə edərəm” düşüncəsi ilə cibində olan pulu marketdə qoyub çıxan alıcılar hansı tələyə düşdüklərini özləri də bilmirlər. Bildikdə isə artıq gecikmiş olurlar.

Kasıbın “5 qəpiyinə” göz dikən marketlər şəbəkəsi isə illərdir bu yollarla insanları aldadır, soyurlar. Bu yerdə atalarımız yaxşı deyib “ac qazanar, tox yeyər”. Kasıb deməyimin isə yalnız bir mənası var. Çünki endirimi görən kimi üzü gülən, gözü işıq saçanlar yalnız aylıq xərclər qarşısında boğulan insanlardır. Varlının nəyinə lazımdır endirim? Endirməsələr də, olar. Onsuz da onların marketləri də, yedikləri qidalar da elitdir. Bizim kimi oturub endirim güdmürlər ki, hələ bir tələyə də düşsünlər.

Marketlər isə bu oyunbazlığa, saxtakarlığa yalnız bir formada haqq qazandırırlar - “vaxtı bitməyib ki, hələ bir neçə gün var da”.  Ay evi tikilmiş, indi bir butulka duru yağın 5 gün müddəti var deyə, oturub ancaq yağ içək ki, ziyana düşməyək?

Ona görə də alış-veriş zamanı məhsulların bitmə tarixinə nəzər salın və bu cür oyunların qurbanına çevrilməyin.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »