Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada xəstəxanadan 140 doza vaksin oğurlanıb
Rusiyada xəstəxanadan 140 doza vaksin oğurlanıb

Rusiyanın Nijni Tagil şəhərində xəstəxanada oğurluq hadisəsi baş verib. Tibb müəssisəsindən 140 doza vaksin aparılıb. Cinayətkarın xəstəxanaya ümumilikdə 130 min rubl (təxminən 1800 dollar) ziyan vurduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Sverdlovsk vilayətindəki müəssisə əvvəlcə 280 doza peyvəndin aparıldığını açıqlamışdı. Sonradan dəqiqləşdirmə aparılıb və cəmi 140 dozanın yerində olmadığı müəyyənləşib.

Vaksin xəstəxanada xüsusi soyuducularda saxlanılır. İş orasındadır ki, nə siqnalizasiya, nə də müşahidə kamerası quraşdırılıb. Oğru gözətçinin gözünə görünməməyi bacarıb. O, vaksin saxlanılan otağın qapısını xüsusi açarla açıb. Oğru peyvəndləri səs salmadan apara bilib.

Polis cinayətkarı ələ keçirmək üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »