Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə sanksiya tətbiq edən ABŞ Rusiyadan gizli silah alır
Türkiyəyə sanksiya tətbiq edən ABŞ Rusiyadan gizli silah alır

Məlum oldu ki, S-400-ləri aldığı üçün Türkiyəyə sanksiya tətbiq edən ABŞ Rusiyanın ikinci ən böyük gizli silah müştərisidir.

Bizimyol.info "haberglobala" istinadən xəbər verir ki, siyahıda 5 NATO ölkəsi də var.

Son məlumatlar göstərir ki, ABŞ Rusiyanın gizli silahlarını alan ikinci ən böyük müştərisidir. Gizli ixrac anlayışına silah, sursat, hərbi və ya mülki təyyarələr, helikopterlər, həmçinin bəzi nüvə materiallarının tədarükü daxildir.

Rusiya Federal Gömrük İdarəsinin rəsmi hesabatına görə, bu ilin ilk 8 ayında Rusiyadan ən çox silah alan ölkə Əlcəzair olub. Ölkə Rusiyadan 1 milyard dollar dəyərində müdafiə materialları alıb.

Təəccüblüdür ki, ABŞ bu siyahıda ikinci yerdədir. Lakin hesabatda onun nə qədər xərclədiyi və hansı məhsulları aldığı gizli saxlanılıb.

Rusiyalı hərbi ekspertlər isə ABŞ-ın ən çox raket mühərrikləri, Kalaşnikov avtomatları və tank əleyhinə silahları aldığını bildirirlər. ABŞ həmçinin hər il milyonlarla Rusiya istehsalı güllə idxal edir.

Məlumata görə, Türkiyə son 8 ayda Rusiyadan yeni silah almayıb.

ABŞ Türkiyəni Rusiyadan S-400 alması səbəbindən "NATO müttəfiqliyinin ruhunu sarsıtmaqda və Birləşmiş Ştatların milli maraqlarını təhlükə altına almaqda" ittiham edib. Bu səbəblərdən Türkiyəyə sanksiyalar tətbiq edilib və onu istehsalçı tərəfdaşı olduğu F-35 proqramından kənarlaşdırılıb.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »