Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyadakı müttəfiqlərimizə kömək zərurətini diktə edir”
Putin: “Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyadakı müttəfiqlərimizə kömək zərurətini diktə edir”

Əfqanıstandakı vəziyyət Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin görülməsi zərurətini diktə edir.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

“Əfqanıstanda baş verənlər Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək, Rusiyanı regionda sabitliyin təminatçısı kimi görən müttəfiqlərimizə - Mərkəzi Asiya dövlətlərinə kömək etmək zərurətini diktə edir. Bu istiqamətdə biz qaçqınların nəzarətsiz axınının qarşısını almaq, terrorçuların və digər cinayətkar elementlərin sərhədimizə daxil olmasının qarşısını almaq üçün tədbirlər görərək fəaliyyətə davam etməliyik”, - V. Putin vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »