Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya yeni hipersəs raketini sınaqdan keçirib - Video
Rusiya yeni hipersəs raketini sınaqdan keçirib - Video

Rusiya Müdafiə Nazirliyinin rəsmiləri hipersəsli “Tsirkon” raketi ilə yeni sınaq keçirdiklərini bildiriblər. Müəyyən edilmiş dəniz hədəfinin tam vurulduğu sınaqın uğurla keçdiyi qeyd edilib.

Bizimyol.info "RİA Novosti"yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi “Admiral Qorşkov” döyüş gəmisindən atılan “Tsirkon” raketi ilə Ağ dəniz sərhədləri daxilində dəniz hədəfinin vurulduğunu açıqlayıb.

Raketin uçuşunun müəyyən edilmiş parametrlərə uyğun gəldiyi və müvəffəqiyyətli olduğu bildirilən açıqlamada, "hədəf birbaşa vurularaq məhv edilib" deyilir.

Bildirilib ki, “Admiral Qorşkov” gəmisindən həyata keçirilən buraxılış “Tsirkon” raketinin tamamlanma mərhələsində olan sınaqları çərçivəsində həyata keçirilib.

Bu arada əməliyyat zamanı Şimal Donanmasının gəmi və helikopterlərinin ərazini girişlərə bağladığı da paylaşılıb.

“Tsirkon” raketləri səs sürətindən doqquz dəfə, saatda on min kilometrdən çox sürətlə uça bilir. Raketin uçuş məsafəsi min kilometrdən çoxdur.

Onlar həm perspektivli, həm də hazırlanan hərbi və sualtı gəmilərdə quraşdırılması planlaşdırılır.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »