Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Coca-Cola-nın təhlükəsini bilmək üçün qır kimi yapışdığını görmək kifayətdir"
"Coca-Cola-nın təhlükəsini bilmək üçün qır kimi yapışdığını görmək kifayətdir"

Bir neçə il öncə Türkiyədə bir vətəndaş Coca-Cola içkisinin tərkibinin araşdırılması və lazım gələrsə, dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə də bu iddianı rədd etmişdi.

Sonradan Dövlət Şurası həmin qərarı yox sayaraq Coca-Cola içkisinin tərkibində kimyəvi və sağlamlıq üçün zərərli maddələrin olub-olmadığının araşdırılmasını tələb edən iddianı keçərli hesab edərək bu markanın məhsullarında araşdırılma aparılmasına qərar verib. Araşdırmalardan əldə edilən nəticə mənfi olarsa, bu markanın Türkiyədəki istehsalına dəyişikliklər istənilə bilər.

Eyyub Hüseynov Eyyub Hüseynov

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Coca-Cola ilə bağlı dünyada müxtəlif təzadlı fikirlər gəzir: "Onun tərkibinin müəyyən olunmaması ilə bağlı 100 illərdir ki, məlumatlar gəzir. İstehlakçı hüquqlarını qoruyan dünya təşkilatları, dünyanın 123 təşkilatı beynəlxalq istehlakçı təşkilatın üzvü olaraq 3 ildən bir toplanan dünya konqreslərində bir sıra qidaları, o cümlədən Coca-Colanı arzuedilməz içki kimi şərh edir. Biz də istehlakçı hüquqlarını qoruyan bir təşkilat olaraq Coca-Coladan insanların, xüsusilə, kiçik yaşlı uşaqların uzaq olmasını təbliğ edirik

Coca-Cola içkisinin necə təhlükəli bir içki olduğunu bilmək üçün səhər-səhər Bakının bulvarına çıxıb ağ mərmərin üzərinə tökülən Coca-Colanın orada qır kimi yapışdığını görmək kifayətdir. O ağ mərmərə yapışdığı kimi insan orqanizminə də zərər vurur. Coca-Cola şirkəti, hansı ölkədə özünə necə deyərlər lövbər salırsa, həmin ölkənin böyük vergi ödəyicisinə çevrilir. Və dövlətlər heç də insanların sağlamlığının qayğısına qalmaq deyil, biznesin inkişafına dəstək verir və belə vergi ödəyicilərinin ölkələrində qalmasnın tərəfdarı olurlar".

Ekspert bildirib ki, bəzi siyasi-iqtisadi məsələlərə görə, bir çox ölkələr bu zərərli içkinin ölkələrindəki fəaliyyətinə icazə verməyib və onları ölkələrinə buraxmayıblar. Coca-Colanın zərərli içki olduğunu qeyd edən E.Hüseynov əlavə edib ki, Coca-Colanın yay aylarında içilən zaman sərinlik gətirdiyi iddia edilir: "Fizika qanunlarına görə, sərinlik o zaman olur ki - cisim o zaman soyuyur ki, ondan enerji ayrılsın. Deməli, Coca-Cola bizdən enerji alır".

"Azad İstehlakçılar" Birliyi, Coca-Colanın reklamlarını qadağan etməyə və hamını bu içkidən imtina etməyə çağırıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »