Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şübhəli tender" açıqlamasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən reaksiya
"Şübhəli tender" açıqlamasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən reaksiya

"Roche Cobas 6800 tam avtomat Real Time PZR avadanlığı, 2020-ci il tarixində Yeni Klinika tibb müəssisəsinin müvafiq laboratoriyasında quraşdırılmışdır və hazırda COVID-19 virusunun PZR üsulu ilə aşkarlanmasında aktiv istifadə olunur. Qeyd edilən avadanlıq qapalı sistemdir və yalnız ona məxsus olan COVID-19 testləri ilə çalışa bilir".

Bu barədə Bizimyol.info saytının sorğusuna, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib. Qeyd edilib ki, COVID PZR testləri üzrə müayinələrin aparılması üçün, bu avadanlığa test dəstləri ilə yanaşı, əlavə olaraq 11 növdə əlavə laborator ləvazimatları və kontrolları lazımdır. Əks halda, COVID-19 PZR testlərini aparmaq qeyri-mümkündür.

"Həmçinin bildiririk ki, Roche Cobas 6800 avadanlığında istifadə olunan COVID-19 testlərinə dünya ölkələri üzrə tələbatın həddindən artıq çox olması səbəbindən satın alınması, nəzərdə tutulan test dəstləri və ləvazimatları üzrə COVID-19 pandemiyası ilə bağlı hər hansı bir ölkədə mövcud olan şəraitə əsasən istehsalçı tərəfindən öncədən bölgü aparılır və bu bölgü əsasında təchizat planlaşdırılır. Belə ki, tələb olunan testlər və ləvazimatların təchizatı istehsalçı ilə əvvəlcədən ölkə üzrə kvota əsasında razılaşdırılmalı və testlər (ləvazimatlar daxil olmaqla) tam şəkildə və müvafiq saxlama müddətləri ilə təchiz olunmalıdır".

Həmçinin bidirilib ki, Roche Cobas 6800 tam avtomat Real Time PZR avadanlığında istifadə olunan test dəstlərinin təminatında fasiləsizliyin təmin olunması məqsədilə Agentlik tərəfindən “Azərbaycan” qəzetində, həmçinin dövlət satınalmalarının vahid internet portalında (e-tender.gov.az) 200 064 ədəd test dəstlərinin satın alınması üzrə açıq tenderin keçirilməsinə dair elan verilib və  tenderdə iştirak etmək üçün bir neçə şirkət iddiaçı qismində qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şirkətlərdən “Labsevis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti, yerli istehsalçı şirkət “Diamed Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmi qiymət təklifləri təqdim edilmiş və təkliflər 12.10.2021 tarixində 15:00-da tender komissiyasının üzvləri və iddiaçıların da iştirakı ilə Agentliyin Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında daxilolma ardıcıllığı ilə açılıb. Bildirilib ki, tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi, müqayisəsi və formal tələblərə uyğunluğu “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinə əsasən satınalan təşkilatın yaratdığı tender komissiyası tərəfindən aparılır.

"Eyni zamanda məlumat üçün bildiririk ki, iddiaçıların təqdim etdiyi bütün qiymət təklifləri tender komissiyası tərəfindən qiymətləndirildikdən və tenderin nəticələri haqqında yekun protokolu tərtib edildikdən sonra protokolun surəti “Dövlət satınalmaları haqqında” Qanunun 37.5-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcək" - deyə məlumatda bildirilib.

Agentliyin məlumatında qeyd edilir ki, COVID-19 PZR testləri, mürəkkəb müayinələr hesab olunduğu üçün Roche Cobas 6800 avadanlığı üzrə daimi servis xidmətləri və mütəxəssislər tərəfindən analizlərin aparılmasına dair yardım tələb olunur. Belə ki, Roche Cobas 6800 avadanlığı, Agentlik tərəfindən satın alındıqdan sonra müqavilə çərçivəsində satın alınmış avadanlığa cihazın rəsmi istehsalçısı tərəfindən 1 (bir) il müddətinə zəmanət verilib. Zəmanətin qüvvədə qalmasını, həmçinin zəmanət müddəti bitdikdən sonra da bu cihazın səmərəli istifadəsini təmin etmək üçün “Roche” şirkəti bir istehsalçı kimi servis və tətbiq (application) üzrə mühəndis və mütəxəssislərini əvvəlcədən hazırlayır. Nəzərinizə çatdıraq ki, avadanlıqla bağlı hər hansı bir xidmət, istehsalçı “Roche” tərəfindən sertifikasiya olunmamış əməkdaşlar tərəfindən icra olunduğu təqdirdə, avadanlıq və ona məxsus olan testlərin, ləvazimatların keyfiyyətinə rəsmi istehsalçı cavabdehlik daşımır.

Xatırladaq ki, ötən gün "Azad İstehlakçılar" Birlyinin sədri Eyyub Hüseynov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin 13 sentyabr tarixində İcbari Tibbi Sığorta Dövlət Agentliyi Publik Hüquqi Şəxs tərəfindən elan edilmiş COVID test reagentlərinin satınalınması ilə bağlı nəticələri elan olunmayan tenderlə bağlı araşdırılma aparıldığını qeyd etmişdi. O, bildirmişdi ki, tender şərtlərində tam naməlum səbəbdən “Roche Cobas” şirkətinin istehsalı olan və yalnız bu şirkətə məxsus avadanlıqları ilə araşdırılma aparıla bilən reagentlərin alınması nəzərdə tutulub.

"Əslində, ölkəmizdə tenderdə iştirak etmə imkan və səlahiyyətləri olan bir neçə firma var ki, onların təqdim etdikləri reagentlər, istənilən müvafiq avadanlıqla araşdırma aparmağa imkan verir və daha obyektiv nəticənin əldə olunmasına şərait yaradır" - deyən E.Hüseynov qeyd edib ki, araşdırma nəticəsində tender elan edən tərəfin, məqsədli şəkildə digər reagent istehsalçısı və idxalçılarını tenderdən asanlıqla uzaqlaşdırmaq məqsədilə, “Roche Cobas” şirkətinin eyni firmaya məxsus avadanlıqla araşdırılma aparıla bilən reagentlərinə alternativsiz şərait yaratdığı məlum olub. E.Hüseynovun sözlərinə görə, yerli istehsalçı və ya idxalçı şirkətlər tenderdə iştirak etsəydi, bir neçə milyon manat dövlət vəsaitinə qənaət olunardı və dövlət tərəfindən ödənilən bütün vəsait, tam olaraq ölkəmizdə qalardı və xarici ölkəyə çıxarılmazdı.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »