Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğanla İsrail prezidenti arasında telefon danışığı olub
Prezident Ərdoğanla İsrail prezidenti  arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.

Bizimyol.info xəbər verir ki, "cnnturk"ün verdiyi məlumata görə, R.T.Ərdoğan həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini bildirib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, danışıq zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan telefon danışığı zamanı Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini bildirib. Bölgədə sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin yenidən qurulmasının vacib olduğunu vurğulayan prezident Ərdoğan, bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ümumi maraqlara uyğun olduğunu qeyd edib.

Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »