Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ bəzi dövlətlərə sərhədlərini açır
Aİ bəzi dövlətlərə sərhədlərini  açır

Avropa İttifaqı (Aİ) yeni növ koronavirus səbəbindən səyahət məhdudiyyətlərindən azad edilə bilən ölkələrin siyahısına əlavələr edib.

Bizimyol.info xəbər verir ki, Avropa Şurasının verdiyi açıqlamaya görə, Aİ ölkələrinə qeyri-vacib səyahətlərə tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasına tövsiyə edilən ölkələrin siyahısı yenilənib.

AB ölkələri, Argentina, Avstraliya, Bəhreyn, Kanada, Çili, Kolumbiya, İndoneziya, İordaniya, Küveyt, Namibiya, Yeni Zelandiya, Peru, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay və Tayvan üçün ən son yeniləmə ilə səyahət məhdudiyyətlərini ləğv edilir.

Aİ ölkələri öz vətəndaşlarının səyahət etməsinə icazə verərsə, Çinlə sərhədlər də açıla bilər. Siyahı iki həftədən bir yenilənir. Son yeniləmə ilə İndoneziya da məhdudiyyətlərini qaldırıldığı siyahıya əlavə edilib. Aİ-nin siyahısı üzv dövlətlər üçün məsləhət xarakteri daşıyır və məcburi deyil.

Siyahıdakı ölkələrdən Aİ-yə turist səyahətinə icazə verilsə də, sərnişinlərə sınaq və karantin kimi bəzi əlavə tədbirlər tətbiq olunur.

2020-ci ilin mart ayında Aİ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün qeyri-vacib səyahətlərə məhdudiyyətlər qoymağa qərar verib. Aİ ölkələrinin siyahıya daxil olmayan ölkələrə səyahət məhdudiyyətləri davam edir.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »