Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsində cəbhədə xidmət edən həkim-cərrah niyə cəzalandırılır
Vətən müharibəsində cəbhədə xidmət edən həkim-cərrah niyə cəzalandırılır

2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə ön cəbhədə xidmət edən həkim-cərrah Azad Hüseynzadə cinayət məsuliyyətinə cəlb olunub.

Bizimyol.info xəbər verir ki, Azad Hüseynzadə Cianyət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, Azad Hüseynzadənin Füzuli rayonunda Mərkəzi Xəstəxanada əməliyyat etdiyi şəxs - İncibəyim Məmmədquliyeva sonradan vəfat edib.

Təqsirləndirilən cərrah ittihamı qəbul etmir, bu ölüm hadisəsində heç bir günahı olmadığını deyir. Amma o, bu haqda geniş danışmaq istəməyib: "Mən elədiyim əməliyyat normal keçib. Evə gedəndə də vəziyyəti normal olub. 20 gün sonra başqa bir klinikada əməliyyat keçirib, ondan sonra vəfat edib. Mənim günahım üzündən olmayıb".

Cərrahın vəkili Ramil Məmmədzadə də müvəkkilinin təqsirsiz olduğunu deyir. Müdafiəçinin sözlərinə görə, Azad Hüseynzadə haqqında cinayət işi qanunsuz və əsassızdır, heç bir sübut yoxdur.

"Həkim Azad Hüseynzadə vəzifəli şəxs deyil. Füzuli rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsdir və Azad Hüseynzadə də orada həkim-cərrah işləyir. Prokurorluq nəzərə almır ki, publik hüquqi şəxsin işçiləri yalnız təşkilati-sərəncamverici funksiyaları yerinə yetirdiyi halda, vəzifəli şəxs hesab oluna bilər. Bu barədə Konstitusiya məhkəməsinin plenum qərarı var. Azad Hüseynzadə vəzifəli şəxs olmadığı halda, prokurorluq onu əsassız olaraq vəzifəli şəxs kimi təqdim edib, qərəzli şəkildə məsuliyyətə cəlb edib".

Vəkil deyir ki, Füzuli rayon prokuroru Elnur Rüstəmov bu cinayət işini tezliklə bitirib məhkəməyə göndərməyə çalışır. Müdafiəçinin sözlərinə görə, prokurora edilən etirazlara, vəsatətlərə əhəmiyyət verilmir.

Vəkil iddia edir ki, Füzuli rayonunun prokuroru onun müvəkkili haqqında Baş prokurora yalan məlumatlar çatdırıb: "Baş Prokurora məruzələrində həkim Azad Hüseynzadə haqqında mənfi təəssürat yaratmaq üçün onun mitinq təşkil etdiyini bildirib. Bu da əsassızdır. Azad Hüseynzadə gecə saatlarla prokurorluq binasında saxlanıb. Bundan narazı olan ailə üzvləri və qohumları etiraz edib, prokuror da bunu mitinq kimi qələmə verib. Elnur Rüstəmov Baş Prokurorluğa son məruzəsində istintaqın bitdiyini bildirib. Bu da yalandır".

Vəkil prokurorluğun, o cümlədən müstəntiqin hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verib. Müdafiəçi vurğulayıb ki, Azad Hüseynzadənin CM-nin 314.2. maddəsi ilə məsuliyyətə cəlb edilməsinin əsassız olmasını ekspertiza rəyləri də sübut edir. Həmin rəylərdə Azad Hüseynzadənin şəxsin sağlamlığına ziyan vurmadığı, ölümə həkim Hüseynzadənin səbəb olmadığı göstərilib.

"Azad Hüseynzadə İncibəyim Məmmədquliyevanın üzərində "herniotomiya yırtıq kisəsinin ləğv edilməsi” əməliyyatını aparıb. Əməliyyat normal şəkildə həyata keçirilib və xəstə evə buraxılıb. Bundan 20 gün sonra İncibəyim Məmmədquliyeva Bakıda yerləşən “Davinçi Hospital”na müraciət edərək, ikinci cərrahi əməliyyatı - "nazik bağırsağın rezeksiyası entero-entero anastomozun qoyulması” əməliyyatını keçirib. Xəstə ikinci əməliyyatdan 20 gün sonra evə buraxılıb və sonra vəfat edib. Burada sual ortaya çıxır: əgər ölümə cərrahi əməliyyat səbəb olubsa, hansı əməliyyat olub, birinci, yoxsa ikinci? Xəstələrin də həkim Azad Hüseynzadəyə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Bu barədə Baş Prokurorluğa teleqramlar da göndəriblər", - vəkil Ramil Məmmədzadə bildirib.

Müdafiəçi əlavə edib ki, Füzuli rayon prokuroru Elnur Rüstəmovun bu cinayət işində maraqlarının nədən ibarət olduğunu, digər maraqlı şəxslərin adlarını da açıqlayacaq.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »