Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çörəklə, yoxsa çörəksiz? – Həkimdən açıqlama
Çörəklə, yoxsa çörəksiz? – Həkimdən açıqlama

Biz artıq gözümüzü açandan, dədə-babadan görmüşük ki, xörəklə mütləq çörək yemək lazımdır. Xüsusilə də, nənələrin deyərdi ki, “uşağa çörək çox yedizdirəndə tez ətə-qana gəlir”. Yeni nəsil isə bununla razılaşmır, hətta tam əksinə olduğuna inanır. Bəziləri çörəyin yalnız lazımsız çəki verdiyini, kilo artımına səbəb olduğunu düşünür və çörəkdən tamamilə imtina etməklə bunun qarşısını almağa çalışırlar.

Bəs həkimlər nə deyir? Çörəkdən imtina düzgün qərardırmı?

Həkim Nurəngiz Hacıyeva Bizimyol.info-nun suallarını cavablandıraraq bildirib ki, həqiqətən də uşaqların sürətli böyümə və inkişafında buğda ununun önəmi çoxdur.

“Buğdanın tərkibində olan B qrup vitaminlər, E vitamini, karbohidratlar, liflər,kalsium, fosfor uşaqların inkisafina yaxşı təsir edir.

Kilo alımını azaltmaq üçün çörəkdən imtina etmək heç də düzgün fikir deyil. Çünki, beyinimiz enerjisinin 20 %-ni karbohidratlar hesabına əldə edir. Buğda unundan hazırlanmış çörəklərin istifadəsi zamanı bir neçə nüansa diqqət etmək lazımdır. Məsələn, Uşaqlara çörəyi 8 aydan sonra vermək düzgün hesab edilir. uşağın buğda ununun tərkibinə( əsas da proteinlerə, qlutenə) qarşı allergiyası olmamasına diqqət etməklazımdır. Çörək yeyəndə nəcis ifrazı tezləşirsə demək çörəyin tərkibində olan qlütenə qarşı uşağın həssaslığı var deməkdir. Çörək tam təbii buğda unundan hazırlanmalı, qatqı maddələri olmamalıdır. Çörəyin saxlanma müddəti 2 gündən çoxdursa, tərkibində ziyanlı maddələrin olduğu anlamına gəlir. Çox yumşaq, isti və çox sərt çörək istifadə etmək olmaz! Ləpə və digər əlavəli çörəklər ilk dövrlərdə uşaqlara vermək onlarda həzmsizlik yarada bilər.

Ümumiyyətlə, uşaqlara çörəyi 8 aydan sonra vermək daha düzgün hesab edilir. Qara və kəpəkli çörəyin daha xeyirli olsa da, uşaqlara ilk vaxtlar ağ çörək veriləlidir.

Onu da qeyd edim ki, dədə-baba qaydası ilə mayasız bişirilən çörəklər insan orqanizminə daha faydalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »