Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur restoranlar şəbəkəsi məhkəməyə verildi - Halal ət iddiası gündəmə gəldi
Məşhur restoranlar şəbəkəsi məhkəməyə verildi - Halal ət iddiası gündəmə gəldi

Duz atma hərəkəti və sosial şəbəkədəki paylaşımları ilə beynəlxalq ictimaiyyətdə “Saltbae” adı ilə məşhurlaşan Nusret Gökçenin Nyu Yorkdakı restoranında çalışan iki işçisi onu məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, ofisiant Angelo Maher və barmen Elizabeth Cruz, latın mənşəli olduqları üçün ayrı-seçkiliyə məruz qaldıqlarını iddia ediblər. Onlar bildiriblər ki, Türk işçilər rəhbərlik tərəfindən xüsusi diqqət görür. Bundan əlavə olaraq iddia edilir ki, restoran halal olmayan əti, halal adı ilə satırmış.

“Restorana gələn bəzi qonaqlar ətin halal olub olmadığını soruşdular. Rəhbərlik isə bizdən bu barədə yalan danışmağı tələb edirdi”, - deyə işçilər bildirib.

Restoranın bir başqa işçisi isə bildirib ki, rəhbərlik ondan daha qısa ətək, açıq köynək və dabanlı ayaqqabıda gəlməyi tələb edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »